Türkiye mətbuatı, 6 fevral 2024

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2098075
Türkiye mətbuatı, 6 fevral 2024

"Hürriyet": Türkiyenin PUA-larına daha bir tələb var

Türkiyenin silahlı pilotsuz uçuş aparatları (PUA) proqramı və qlobal bazarı diqqəti cəlb etməyə davam edir. Xarici işlər naziri Hakan Fidan bildirib ki, Misirin Türkiyedən PUA alması gündəmdədir. Orta Şərq mətbuatı "Türkiye SİHA-larına beynəlxalq tələbat artıb" deyə yazıb.

"Star": Türkiye müdafiə sənayesindən Səudiyyə Ərəbistanında güc nümayişi

Türkiye müdafiə sənayesi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən 'World Defense Show (WDS)' sərgisində 63 şirkətlə iştirak edir. Sərgidə ən son texnologiya quru, dəniz və hava hücumundan müdafiə sistemləri nümayiş etdirilir.

"Vatan": OECD Türkiyenin böyümə proqnozunu artırdı

İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı (OECD) Türkiyenin 2024-cü il üçün artım proqnozunu 2,7 faizdən 2,9 faizə yüksəldib. Türkiyenin 2025-ci il üçün artım proqnozu 3,1 faizə qədər yenilənib.

"Sabah": İnkişaf yolu üçün kritik addım

Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu türk iş adamlarının Cibutidə 21 layihəyə 205 milyon dollar sərmayə qoyduğunu bildirib. Nazir Uraloğlu "Mərkəzi dəhlizdə yerləşən Türkiye 2053-cü ilə qədər daha 197 milyard dollarlıq nəqliyyat layihələrinə sərmayə qoymağı planlaşdırır" deyib.

"Yeni Şafak": Gənc sahibkarlara şad xəbər

Fevralın 8-də İstanbulda 8-ci Beynəlxalq Gənc İş adamları Konqresi keçiriləcək. Konqres çoxlu sayda maraqlı tərəfi və 3 minə yaxın iştirakçını, o cümlədən dövlət və özəl iş qollarının yüksək səviyyəli rəhbərlərini, sahibkarları, investorları, iş adamları nümayəndələrini, akademik dairələri və medianı bir araya gətirəcək.



Әlaqәli Xәbәrlәr