Türkiye mətbuatı:19 yanvar 2024

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2090740
Türkiye mətbuatı:19 yanvar 2024

''Star'': Türkiyenin ilk astronavtı Alper Gezeravcının kosmosa səyahəti başladı
Türkiyenin ilk astronavtı Alper Gezeravcının kosmosa səyahəti Türkiye vaxtı ilə saat 00.49-da başlayıb. Alper Gezeravcını daşıyan kosmik gəmi Amerika Birləşmiş Ştatlarının Kennedi Kosmik Mərkəzindən uğurla kosmosa buraxılıb.

''Vatan: Mehmet Fatih Kacır: Yerli kosmik gəmi inşa edərək kosmik liman quracağıq''

Sənaye və texnologiya naziri Mehmet Fatih Kacır deyib: "Gələcəkdə yerli kosmik gəmimizlə də pilotsuz Ay missiyası həyata keçirəcəyik. Milli raket sistemlərimizlə kosmosa çıxış imkanlarımızı artıracaq və öz kosmik limanımızı quracağıq''.

''Hürriyet'': Rəcəb Tayyib Ərdoğan: ''Terror layihələrini pozduq

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyenin terrorla mübarizədə heç vaxt geri addım atmayacağını vurğulayıb. Rəcəb Tayyib Edoğan deyib: "Fərqli adlar verərək dəstəklədikləri, üzvlərinə təlim keçdikləri separatçı təşkilatın sərhədlərimizdə "terror dövləti" qurmasını istədilər. Terrorla mübarizə mövzusunda heç vaxt geri addım atmayacağıq. Bizi yolumuzdan qəti şəkildə döndərə bilməyəcəklər.''

''Yenişafak'': Hakan Fidan: ''Təhlükəsizliyi təhdid altında olan əslində İsrail deyil"

Xarici işlər naziri Hakan Fidan İsrailin təhlükəsizlik səbəbiylə Fələstinə qarşı hücumlarını qanuniləşdirməyə çalışmasının əsla qəbuledilməz olduğunu ifadə edərək deyib: “Təhlükəsizliyi təhdid altında olan əslində İsrail deyil,  əksinə, fələstinlilər və bölgədəki ölkələrdir''.

''Sabah'': Türkiye XİN  İraq, İran və Pakistana çağırış etdi

Türkiye Xarici İşlər Nazirliyi İranın İraq və Pakistan ərazisinə hücumları ilə başlayan gərginliyə görə narahat olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr