Türkiye mətbuatı:18 yanvar 2024

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2090069
Türkiye mətbuatı:18 yanvar 2024

''Sabah'': Ərdoğan dünya gündəmində iz buraxdı

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra terrorla mübarizə ilə bağlı verdiyi mesajlarla dünya gündəmini zəbt edib. Beynəlxalq agentliklər bir-birinin ardınca yaydığı xəbərlərdə "Türkiye terrorla mübarizədə qərarlıdır!" ifadələrini işlədərək  Ərdoğanın “Ya bizimləsiniz, ya da bizə qarşısınız''  mesajını verdiyini bildirib.

''Star'': Alper Gezeravcının kosmosa uçuşu təxirə salındı

Türkiyenin ilk kosmonavtı Alper Gezeravcının da üzvü olduğu Ax-3 uçuşu yanvarın 19-na qtəxirə salındı. SpaceX-dən verilən bəyanatda Türkiyenin ilk kosmonavtının da üzvü olduğu Ax-3 uçuş missiyasının təxirə salındığı və uçuşla bağlı son yoxlama işlərinin aparıldığı bildirilib.

''Yenişafak'': "Putin aylar sonra açıqladı

Ukrayna ilə Rusiya arasında müharibə davam edərkən Rusiya prezidenti Vladimir Putin sülhün əldə olunmamasına görə Kiyevin məsuliyyət daşıdığını bildirib. İstanbuldakı danışıqlara diqqət çəkən Vladimir Putin Ukraynanın danışıqlar masasından ayrıldığını ifadə edərək deyib: "İstanbulda hər mövzuda razılıq əldə etmişdik. Türkiyə bizi barışdırmışdı''.

''Hürriyet'':  Yunanıstan adaları üçün viza sadələşdirilməsi mart ayından başlayır

Türkiyedə görüşlər  keçirən Yunanıstanın turizm naziri Olqa Kefaloyannis  Yunanıstan adaları üçün viza sadələşdirilməsinin mart ayından başladığını bildirib.

''Vatan'': Safranbolu zəfəranı coğrafi göstərici qeydiyyatı aldı
Avropa Komissiyasının Kənd Təsərrüfatı və Kənd İnkişafı Müdirliyinin Coğrafi Göstərişlər üzrə direktoru Dieqo Kanqa Fano Safranbolu zəfəranının coğrafi göstərici qeydiyyatı aldığını bildirib.



Әlaqәli Xәbәrlәr