Türkiye mətbuatı:9 yanvar 2024

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2085926
Türkiye mətbuatı:9 yanvar 2024

''Star'': “Qırmızı dənizdə yaşanan qlobal böhran

3-4 həftədir Qırmızı dənizdə keçid problemi yaşanır. Avropa bu səbəbdən Türkiyedən idxala üstünlük verməyə başlayır. Ticarət naziri Ömər Bolat deyib: ''Türkiyedən keyfiyyətli məhsulları iki gündə asanlıqla Avropa bazarlarına çatdıra bilirik''.

''Hürriyet'': Türkiye iqtisadiyyatı 2023-cü ilin ilk 9 ayında 4,7 faiz inkişaf edib

Türkiyenin ticarət naziri Ömər Bolat 2023-cü ildə dünya ticarətinin təxminən 5 faiz azaldığını, Türkiyenin ixrac əməliyyatlarını artıraraq bir ildə 255,8 milyard dollar gəlir əldə etdiyini bildirib. Ömər Bolat deyib: "2023-cü ildə iqtisadiyyatımız ilk 9 ayda 4,7 faiz inkişaf edib''.

''Sabah'': Türk Hava Yolları 2023-cü ildə rekord sayda sərnişin daşıdı
Türk Hava Yolları (THY) 2023-cü ildə 83,4 milyon sərnişin daşıyaraq rekorda imza atdı.
Aviaşirkətin dekabr ayında daşıdığı ümumi sərnişin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 10,1 faiz artaraq 6,1 milyon nəfərə çatıb. THY-nin beynəlxalq doluluq nisbəti 80 faiz, daxili uçuşlarda doluluq nisbəti isə 78 faiz olub.
THY-nın keçən ilin yanvar-dekabr ayları arasında daşıdığı sərnişin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 16,1 faiz artıraraq 83,4 milyona çatıb. Beləliklə aviaşirkət bütün zamanların rekorduna imza atıb.
Qeyd edək ki, THY-nin donanmasındakı təyyarələrin sayı 440-a yüksəlib.

''Haber Türk'': Türkiye enerji sahəsindəki investisiyalarını artırır

Türkiyenin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar 2030-cu ilə qədər enerji sahəsinə 20 milyard dollar məbləğində investisiya yatıracaqlarını açıqlayıb. Nazir Bayraktar deyib: "Bu investisiyalar sayəsində 2040-cı ilə qədər 46 milyard dollar dəyərində enerjiyə qənaət edəcəyik".

''Yeni Şafak'': Türkiye Cümhuriyyəti Mərkəzi Bankı yanvarın 11-də Nyu-Yorkda  “İnvestor Günü” keçirəcək

Türkiye Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) yanvarın 11-də Nyu-Yorkda  “İnvestor Günü” keçirəcək. İclasda Türkiye Cümhuriyyəti Mərkəzi Bankının sədri Hafize Qaye Erkan həcmi  təxminən 50 trilyon dollar olan dünyanın ən böyük investisiya fondlarının 200-dən çox yüksək səviyyəli nümayəndəsi ilə görüşəcək.



Әlaqәli Xәbәrlәr