Türkiyə mətbuatı, 28 dekabr 2023

“Vatan”, “Sabah”, “Hürriyet”, “Star” və “Haber Türk” nələrdən yazır?

2081573
Türkiyə mətbuatı, 28 dekabr 2023

 

“Vatan”: Prezident Ərdoğan “36 saatda 54 terrorçu məhv edildi” dedi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 27 dekabr açıqlamasında terrorla mübarizə məsələsinə toxunaraq bunları söylədi: "Bildirmək istəyirəm ki, Türkiyənin yüksəlişinə mane olmaq məqsədi daşıyan mənfur terror aktları bizim mübarək yürüşümüzü heç bir vaxt dayandıra bilməyəcək. 36 saatda 54 terrorçu məhv edildi. Şəhidlərimizin qanı yerdə qalmayacaq”.

“Sabah”: Nazir Fidan amerikalı həmkarı ilə danışdı

  Türkiyənin xarici işlər naziri Hakan Fidan dekabrın 27-də ABŞ dövlət katibi Entoni Blinken ilə telefonda danışıb. İsveçin Türkiyə Böyük Millət Məclisinə üzvlüyü ilə bağlı prosesin davam etdiyini bildirən türkiyəli nazir “F-16”ların satışı ilə bağlı ABŞ administrasiyası və konqresinin müttəfiqlik ruhuna uyğun hərəkət etməli və üzərinə götürdükləri öhdəlikləri yerinə yetirilməli olduqlarını xatırladıb.

“Hürriyet”: Nazir Gülər “59 terrorçu zərərsizləşdirildi” dedi

  Türkiyənin milli müdafiə naziri Yaşar Gülər 27 dekabrda İraq və Suriyanın şimalında keçirilən əməliyyatlarda 59 terrorçunun zərərsizləşdirildiyini bildirib.

“Star”: Rusiya Türkiyə haqqında

  Rusiya baş nazirinin müavini Aleksandr Novak Türkiyədə təbii qaz mərkəzinin yaradılması layihəsinin yol xəritəsinin yaxın vaxtlarda təsdiqlənəcəyini bildirərək “Ümid edirik ki, layihə 2024-cü ildə həyata keçiriləcək” deyib.

“Haber Türk”: Fatih Terim “Çempion olmaq üçün gəlmişəm” dedi

  Yunanıstanın "Panatinaikos" komandası ilə anlaşan Türkiyənin baş məşqçisi Fatih Terim paytaxt Afinada verdiyi açıqlamada söyləyib: "Bildiyim qədər “Panathinaikos” illərdir çempion olmayıb. Mən çempion olmaq üçün gəlmişəm".



Әlaqәli Xәbәrlәr