Türkiye mətbuatı, 19 dekabr 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2078054
Türkiye mətbuatı, 19 dekabr 2023

"Sabah": Ərdoğanın Qəzza ilə bağlı beynəlxalq ictimaiyyətə çağırışı

Prezident Rəcəb Tayyib Ərdoğan İsrailə doğru mesajların verilməsində və qırğına son qoyulmasında beynəlxalq ictimaiyyətin əsas məsuliyyəti olduğunu bildirib. Ərdoğan “Türkiye olaraq təcili atəşkəs əldə etmək və qarşıdurmaların yayılmasının qarşısını almaq üçün ilk gündən intensiv diplomatik səylər göstəririk” deyib.

"Hürriyet": Ərdoğanın Macarıstana səfəri

Prezident Rəcəb Tayyib Ərdoğan Macarıstanda görüşlər keçirib. Dövlət başçısı Ərdoğan və Macarıstanın Baş naziri Viktor Orban arasında keçirilən görüşlərdə iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün atılacaq addımlar müzakirə edilib.

"Yeni Şafak": Viktor Orban: "Növbəti əsr Türkiye əsri olacaq”

Prezident Rəcəb Tayyib Ərdoğan Macarıstanın Baş naziri Viktor Orbanla birgə mətbuat konfransı keçirib. Macarıstanın Baş naziri Orban deyib: “Siz növbəti əsr üçün çox böyük bir layihə irəli sürmüsünüz. Növbəti əsr sizin olacaq. Biz buna inandıq, müqavilələr bağladıq".

"Star": Türkiye ilə Macarıstan arasında enerji əməkdaşlığı

Enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Türkiye və Macarıstanın nüvə enerjisi, yeraltı təbii qaz anbarları və mayeləşdirilmiş təbii qaz LNG terminalları sahəsində əməkdaşlıq edəcəklərini bəyan edib. Nazir Bayraktar "Nüvə Enerjisi Sahəsində Əməkdaşlıq Anlaşma Memorandumu imzaladıq. İmzalanan sazişlərlə bu sahədə əməkdaşlığımızın daha institusional xarakter almasını hədəfləyirik” deyib.

"Vatan": Aİ ölkələri ilə viza problemi aradan qaldırılır

Türkiyenin Avropa İttifaqı (Aİ) ölkələri ilə viza problemlərini həll etmək üçün danışıqlar sürət qazanıb. Xüsusilə tələbələr, akademiklər, iş adamları və sənət adamları üçün prosesin sürətləndirilməsinə diqqət yetirilir. Türkiye vətəndaşları tərəfindən Aİ ölkələrinə edilən viza müraciətlərinin rədd edilmə nisbəti son illərdə əhəmiyyətli dərəcədə artıb.



Әlaqәli Xәbәrlәr