Türkiye mətbuatı, 20 noyabr 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2066625
Türkiye mətbuatı, 20 noyabr 2023

"Haber Türk": Ərdoğan: "İsrailin nüvə silahı təhdidinin unudulmasına icazə verməyəcəyik”

Prezident Rəcəb Tayyib Ərdoğan İraqda nüvə silahı axtaranların kameralar qarşısında İsrail nazirlərinin atom bombası etirafı ilə qarşılaşdıqda bir söz deməməsinin nümunəvi bir vəziyyət olduğunu söylədi. Ərdoğan “Bu gün İsrailə qarşı çıxış etməyənlərin sabah başqa ölkələrə deyəcəkləri bir şey olmayacaq. Biz Türkiyə olaraq İsrailin nüvə silahı məsələsinin unudulmasına, unutdurulmasına icazə verməyəcəyik" deyib.

"Sabah": Benqazidəki Baş Konsulluq fəaliyyətə başlayacaq

Xarici işlər naziri Hakan Fidan Benqazidəki Baş Konsulluğun fəaliyyətə başlayacağını açıqlayıb. Nazir Fidan "Liviyanın şərqində, qərbində və cənubunda bütün hissələri ilə dialoqumuzu inkişaf etdirməyə davam edəcəyik. Yaxın vaxtda Benqazidəki Baş Konsulluğumuzu yenidən aktivləşdirəcəyik" deyib.

"Yeni Şafak": Qəzzadakı Türkiye vətəndaşlarının təxliyyəsi

Xarici işlər naziri Hakan Fidan bildirib ki, indiyədək 170 Türkiye vətəndaşı və onların yaxınları Qəzzadan çıxarılıb. Fidan Qəzzada qapalı qalan 983 Türkiye vətəndaşı və yaxınları üçün işlərin davam etdiyini bildirib.

"Hürriyet": Fələstinli xəstələri daşıyan təyyarə Ankaraya çatıb

İsrailin Qəzzaya hücumları nəticəsində yaralanan xərçəng xəstəsi fələstinlilər Türkiyedə müalicə olunur. 61 xəstə və 49 müşayiətçi ilə Misirin Əl-Ariş hava limanından havaya qalxan təyyarə Ankaraya enib. İndiyədək Fələstindən Türkiyeyə 88 xəstə gətirilib.

"Star": İstanbul Universiteti İsrailə dəstək verdiyini bəyan edən brendləri rədd etdi

İstanbul Universiteti (İU) Qəzzaya hücumlarını davam etdirən İsrailə hər cür dəstək verən şirkət, qurum və markaları rədd etdiyini bildirib. Universitetin sosial media hesabında edilən paylaşımda "Soyqırım törədərək insan haqlarını tapdalayan bir ölkəyə dəstək verənləri ən başda elm rədd edir" deyilib.



Әlaqәli Xәbәrlәr