Türkiye mətbuatı, 16 noyabr 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2064933
Türkiye mətbuatı, 16 noyabr 2023

"Haber Türk": Prezident Ərdoğan: "İsrail terror dövlətidir"

Prezident Rəcəb Tayyib Ərdoğan dünən AK Partiya Qrup Toplantısında açıqlama verib. Ərdoğan çıxışında "İsrail terror dövlətidir. Soyqırımla üz-üzəyik" deyib.

"Hürriyet": Türkiyedən Qəzzaya səhiyyə yardımı

Qəzzaya tibbi yardım aparan hərbi təyyarə Kayseridən havaya qalxaraq Misirə eniş edib. Qəzzaya tibbi yardım aparan təyyarədə mütəxəssis həkimlər və tibb bacıları da daxil olmaqla 9 səhiyyə işçisi var. Səhiyyə işçi qrupu Misir Səhiyyə Nazirliyi ilə aparılan işlər çərçivəsində yaralı mülki şəxslərin müalicəsində çalışacaq.

"Star": ŞKTC Prezidenti Tatar: "Prezident Ərdoğanın mesajları bizə güc verir"

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (ŞKTC) Prezidenti Ersin Tatar "Cənab Prezident Ərdoğanın Birləşmiş Millətlər Təşkilatındakı çıxışlarında verdiyi mesajlar "Kıbrıs artıq yeni bir nöqtəyə gəldi, ŞKTC-nin tanınması, Kıbrıs Türk xalqına tətbiq edilən embarqo və təcridin sona çatması", bütün bu çağırışlar hazırda davam etdirdiyimiz haqq işimizə güc verdi" deyib.

"Sabah": “Akkuyu” Atom Elektrik Stansiyası üçün tarix verilib

"Akkuyu" AES layihəsi ilə bağlı Dünya Nüvə Assosiasiyasının baş direktoru Sama Bilbao y Leon, "Akkuyu AES-in ilk blokunun gələn il fəaliyyətə başlamasını gözləyirik. Bu, çox yaxşı bir inkişafdır" deyib. Leon 2030-cu ilə qədər 4 qurğunun fəaliyyətə başlamasını gözlədiklərini bildirib.

"Vatan": Nazir Ersoy: İlk 9 ayda turizm gəlirimiz 42 milyard dollara çatdı

Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy dünən verdiyi açıqlamada "Turizm gəlirimiz ilk 9 ayda 42 milyard dollar oldu və bu, Orta Müddətli Plan hədəfi olan 55,6 milyard dollara uyğundur" deyib.



Әlaqәli Xәbәrlәr