Türkiye mətbuatı: 8 noyabr 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2061730
Türkiye mətbuatı: 8 noyabr 2023

''Hürriyet'': Numan Kurtulmuş: Türkiye olaraq məqsədimiz zalımın qarşısını almaq, günahsız insanlara əl uzatmaqdır''

Türkiye Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş İsrailin hücumlarına toxunaraq deyib:“Türkiye olaraq bizim məqsədimiz zalımın qarşısını almaq, günahsız insanlara əl uzatmaqdır''.

''Vatan'': Türkiye ilə Küveyt arasında ticarət əməkdaşlığı inkişaf edir

Ticarət naziri Ömər Bolat ilin ilk 10 ayında Türkiyedən Küveytə 575 milyon dollar məbləğində məhsulun ixrac edildiyini və iki ölkə arasındakı ticarət həcminin 680 milyon dollar səviyyəsində olduğunu bildirib. Dünən Küveytə rəsmi səfər edən Ömər Bolat deyib: "Qarşılıqlı danışıqlar, yarmarkalar, satınalma heyəti proqramları, ümumi ticarət heyətləri və sektoral ticarət heyətləri proqramları ilə bunu sürətlə artıracağıq".

''Sabah'': Türkiyenin ilk kosmik gəmisi 2026-cı ildə kosmosa buraxılacaq
Milli Kosmoz Proqramı çərçivəsində Türkiyənin ilk kosmik gəmisinin 2026-cı ildə kosmosa buraxılması hədəflənir.

'Star'': Türkiye dünyanın aparıcı ölkələri sırasındadır
Beynəlxalq Qaz Birliyinin 2023-cü il Dünya Mayeləşdirilmiş Təbii Qaz (LNG) Hesabatına istinadən verdiyi məlumata görə, Türkiye üzən üç LNG saxlanması və yenidən qazlaşdırılması qurğusu (FSRU) ilə bu sahədə dünyanın lider ölkələri sırasındadır və hər biri 28 milyon kubmetr qazlaşdırma gücünə malik qurğuları ilə diqqət çəkir.

''Haber Türk'': 2 ayda 358 milyon dollar məbləğində fındıq ixrac edildi
Türkiye 2023-2024 fındıq ixracı mövsümünün ilk iki ayında 358 milyon dollardan çox gəlir əldə edib. Sözügedən dövrdə xaricə 54 min 251 ton fındıq ixrac olunub. Bu ixracdan 358 milyon 383 min 228 dollar gəlir əldə olunub.



Әlaqәli Xәbәrlәr