Türkiyə mətbuatı, 7 noyabr 2023

“Haber Türk”, “Vatan”, “Hürriyet”, “Yeni Şafak” ve “Star” nələrdən yazır?

2061201
Türkiyə mətbuatı, 7 noyabr 2023

 

“Haber Türk”: Türkiyə ABŞ-ı Qəzza üçün atəşkəsə çağırır

  Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankaraya rəsmi səfərə gələn ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb. Nazir Blinkenə bildirib ki, İsrailin Qəzzada mülki əhalini hədəfə almasının qarşısı alınmalı və dərhal tam atəşkəs elan edilməlidir.

“Vatan”: Ankarada Blinkeni soyuq qarşılama

  Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada amerikalı həmkarı Entoni Blinkenlə 150 ​​dəqiqəlik görüşdən sonra kameralar qarşısına keçərək mətbuat konfransı keçirmədi. Blinken Fidanı qucaqlamaq istəsə də, türkiyəli nazir məsafə saxladı.

“Hürriyet”: Dünya mətbuatı “Blinkenin planını türklər bilir” yazıb

  Türkiyənin xarici işlər naziri Hakan Fidanın amerikalı həmkarı Entoni Blinkenlə Ankarada görüşü dünya mətbuatında geniş işıqlandırılıb. Qətərin “Əl-Cəzirə” mediası “Blinkenin əsas missiyası İsrailə daha çox vaxt qazandırmaqdır. Bunu türklər bilir. Ona görə də soyuq qarşılandı”, İngiltərənin “Guardian” qəzeti “Türkiyədə Blinken isti qarşılanmadı” cümlələrini işlədib.

“Yeni Şafak”: Altundan İsrail mediasına reaksiya

  Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Fəxrəddin Altun İsrail mediasının onu və prezident Rəcəb Tayyib Ərdoğanı hədəf almasına sərt reaksiya verərək deyib: “Biz görürük ki, Türkiyənin ədalət və həqiqət tərəfdarı olan münasibəti bəzi insanları narahat edir. Ancaq kimin qarşı çıxmasından asılı olmayaraq, Qəzzada qətliamın sona çatması üçün əlimizdən gələni etməyə davam edəcəyik”.

“Star”: İxracatda rekord

  Türkiyənin oktyabr ayında ixracatı 2022-ci ilin eyni ayına görə 7,4 faiz artaraq 22 milyard 900 milyon dollara çatıb. Beləliklə, Türkiyə tarixinin ən yüksək oktyabr ixracatı əldə edilib.

 



Әlaqәli Xәbәrlәr