Türkiye mətbuatı:16 oktyabr 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2051177
Türkiye mətbuatı:16 oktyabr 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

''Sabah'': Hakan Fidan və Entoni Blinken arasında telefon danışığı olub

Türkiyenin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinkenlə telefon əlaqəsi saxlayıb.
Diplomatik mənbələrin yaydığı məlumata görə, tərəflər Həmas və İsrail arasında yaşanan qarşıdurmanı və Qəzzadakı humanitar vəziyyəti müzakirə ediblər.

''Hürriyet'': “Türkiye Şərqi Aralıq dənizində təlim keçirəcək
Türkiyə Aralıq dənizində təlim keçirəcəyini açıqladı.
Türkiyə Hərbi Dəniz Donanması Şərqi Aralıq dənizində faktiki atış təliminin keçiriləcəyi fəaliyyətilə bağlı NAVTEX (dənizçilərə xəbərdarlıq) bildirişi edib.
Dənizçilərə xəbərdarlıqda atıcılıq təliminin oktyabrın 16-20 tarixlərində keçiriləcəyi bildirilir.

''Star'': “Səudiyyə Ərəbistanı Türkiyənin inkişaf yolu layihəsində iştirak etmək niyyətindədir”

Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, Türkiye, İraq, Birləşmiş Ərəb Əmirlikləri və Qətər arasında Fars körfəzindən Avropaya məhsulların daşınmasını nəzərdə tutan İnkişaf Yolu Layihəsi ilə bağlı razılığa gəldiyini bildirib. Nazir Uraloğlu Səudiyyə Ərəbistanının “Siz başlayıb, biz də qatılacağıq” mesajı verdiklərini açıqlayıb.

''Yeni Şafak'': İlham Əliyev Sərsəng bənd gölünə və Ağdərə şəhərinə baş çəkib
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 19-da keçirilən antiterror əməliyyatı ilə Azərbaycan ordusunun nəzarətinə keçən  Sərsəng bənd gölünə və Ağdərə şəhərinə baş çəkib, orada Azərbaycan bayrağını qaldırıb.
Xatırladaq ki, Azərbaycan ordusu konstitusiya hüququnu bərpa etmək məqsədilə sentyabrın 19-da Qarabağda antiterror əməliyyatına başladı. Qarabağdakı qanunsuz erməni silahlı birləşmələri təxminən 24 saat davam edən əməliyyatdan sonra silahlarını yerə qoydu.

''Haber Türk'': Türkiyenin milli futbol komandası AVRO 2024-ə vəsiqə qazandı
AVRO 2024-ün seçmə mərhələsinin D qrupunun 7-ci oyununda Latviyanı 4:0 hesabı ilə məğlub edən Türkiyenin milli futbol komandası Almaniyada keçiriləcək turnirdə mübarizə aparmaq hüququ qazanıb.



Әlaqәli Xәbәrlәr