Türkiye mətbuatı, 13 oktyabr 2023
Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.
"Yenişafak": Prezident Ərdoğanın Fələstin diplomatiyası
Türkiye İsrail-Fələstin gərginliyini bölgənin digər ölkələrinə sıçramadan sona çatdırmaq və tərəflər arasında danışıqlara başlamaq üçün çoxşaxəli diplomatiya aparır. Bu çərçivədə prezident Ərdoğan İsrail-Fələstin münaqişəsi başlayandan bəri bir çox liderlə görüşlər keçirib.
"Hürriyet": TBMM-nin tarixi çağırışı
Fələstin-İsrail münaqişəsi ilə bağlı xüsusi iclas keçirən Türkiye Böyük Millət Məclisi (TBMM) Qəzzada birbaşa mülki şəxsləri hədəf alan bütün hücumları pisləyib: “Biz Fələstin və İsraili iki dövlət əsasında ədalətli həllə nail olmaq üçün danışıqlara başlamağa dəvət edirik”.
"Star": Şoltz: "Prezident Ərdoğan mühüm rol oynaya bilər"
Almaniya kansleri Olaf Şoltz deyib ki, prezident Rəcəb Tayyib Ərdoğan İsrail və "Həmas" arasındakı gərginliyin azaldılmasında və vasitəçilikdə mühüm rol oynaya bilər.
"Vatan": Son 4 ayda 309 terrorçu zərərsizləşdirilib
Daxili işlər naziri Əli Yerlikaya son 4 ayda həyata keçirilən əməliyyatlarda 309 terrorçunun zərərsizləşdirildiyini bildirib. Zərərsizləşdirilən terrorçulardan 25-nin sözdə yüksək səviyyəli olduğu müəyyən edilib.
"Sabah": İstanbul Hava Limanı Avropanın ən işlək hava limanı oldu
İstanbul Hava Limanı 2-8 oktyabr tarixləri arasında gündə orta hesabla 1435 uçuşla Avropanın ən işlək hava limanı oldu.