Türkiye mətbuatı, 6 oktyabr 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2047023
Türkiye mətbuatı, 6 oktyabr 2023

"Haber Türk": İraqın müdafiə naziri Ankarada səfərdədir

Milli müdafiə naziri Yaşar Gülər ​​İraqın müdafiə naziri Sabit Məhəmməd Əl Abbasi ilə görüşüb. İki nazirin Ankara görüşündə regional, hərbi və müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

"Star": Türkiye terrorçulara nəfəs almağa imkan vermir

Milli Kəşfiyyat Təşkilatının (MİT) Suriyada həyata keçirdiyi əməliyyatda terror təşkilatı PKK/YPG-yə aid silah və sursat anbarları və hücum və təxribat bölmələrinin olduğu binalar vurulub. PKK/YPG-nin istifadə etdiyi neft quyusu və neft anbarı və aralarında sözdə məsul terrorçuların da olduğu 30 hədəf məhv edilib.

"Hürriyet": Milli Müdafiə Nazirliyindən dost və müttəfiq ölkələrə xəbərdarlıq

Milli Müdafiə Nazirliyi mənbələri "PKK/YPG eyni terror təşkilatıdır, harada fəaliyyət göstərməsindən asılı olmayaraq, onların qanuni hədəfimiz olduğunu hər zaman deyirik" ifadəsini işlədib. Dost və müttəfiq ölkələrin terrorçuların yanında olmamaları lazım olduğunu xatırladan mənbələr "Bu, bir xxəbərdarlıqdır. Kim məsuliyyət götürürsə lazımi tədbirləri görmək onların öz seçimidir" deyib.

"Yeni Şafak": Türkiye oyun qaydalarını dəyişir

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn, Küveyt və Oman da daxil olmaqla Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələri Türkiye ilə hərbi əlaqələrini gücləndirir. Böyük Britaniyada fəaliyyət göstərən "Middle East Eye" internet saytı, bir çox Körfəz Əməkdaşlıq Təşkilatı ölkələrinin müdafiə tərəfdaşlığını yenidən formalaşdıran Türkiyenin regional güc olaraq mövqeyini gücləndirdiyinə diqqət çəkib.

"Sabah": ŞKTC prezidenti Tatar: "Federasiya məsələsi tamamilə bağlanıb”

Şimali Kıbrıs ( Kipr) Türk Cümhuriyyəti (ŞKTC) prezidenti Ersin Tatar Kıbrısda federal dövlət həllinin heç vaxt nəticə vermədiyini bildirib. Rum tərəfinin bərabərliyə əsaslanan razılaşmanın qarşısını almaq üçün müxtəlif hiylələrə əl atdığını vurğulayan Tatar ŞKTC olaraq artıq suveren bərabərliyə əsaslanan bir siyasət izlədiklərini bildirib.



Әlaqәli Xәbәrlәr