Türkiye mətbuatı, 25 sentyabr 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2041559
Türkiye mətbuatı, 25 sentyabr 2023

"Hürriyet": Qadın voleybolçulardan ibarət milli komandamız  qrupu məğlubedilməz lider olaraq tamamladı

Voleybol Millətlər Liqasının və Avropa Voleybol Çempionatının qalibi olan qadın voleybolçulardan ibarət milli komandamız olimpiya seçmə mərhələsinin B qrupunda son oyununda Belçikanı 3:0 hesabı ilə məğlub etdi. Yaponiyanı məğlub edərək olimpiya vizası alan milli komanda Belçikanı məğlub edərək qrupunu lider olaraq tamamladı və qələbə seriyasını 22 matça çatdırdı.

"Star": Terrora "Pəncə-Kilid" zərbəsi

Türkiye Silahlı Qüvvələri (TSQ) İraqın şimalında həyata keçirdiyi "Pəncə-Kilid" əməliyyatı çərçivəsində indiyədək 605 terrorçunu zərərsizləşdirib.

TSQ gələcəkdə sərhəd təhlükəsizliyini təmin etmək məqsədilə İraqın şimalındakı Hakurkdan başladığı "Pəncə" silsiləsi əməliyyatlarını Sinat-Haftanin ilə davam etdirib, daha sonra Metina və Avaşin-Basyan ilə əməliyyat sahəsi genişləndirilib.

Milli Müdafiə Nazirliyinin məlumatına görə, İraqın suveren hüquqlarına və ərazi bütövlüyünə hörmətlə həyata keçirilən əməliyyat çərçivəsində indiyədək 605 terrorçu zərərsizləşdirilib.

Terror təşkilatının istifadə etdiyi 670 mağara və sığınacaq yararsız hala salınıb.

"Yenişafak": Türkiye müdafiə sənayesi üçün bir ilk

Türkiyenin dənizlərdəki hüquq və mənafelərini effektiv şəkildə qorumaq məqsədi ilə həyata keçirilən Dəniz Patrul Gəmisi Layihəsi çərçivəsində inşa edilməsi hədəflənən 10 gəmidən ilk ikisi İstanbul Gəmiqayırma Zavodu Komandanlığında inşa edilir. İki gəminin eyni sürüşmə zolağına bu qədər qısa müddətdə və bu səviyyədə buraxılması Türkiye müdafiə sənayesi üçün bir ilkdir.

"Sabah": Türkiyenin ilk yerli və milli sürücüsüz metrosunun vaqonları relslərə qoyuldu

Türkiyenin ilk yerli və milli sürücüsüz metrosunun vaqonları Gebze-Darıca xəttində relslərə qoyuldu.

Kocaelidə 15,4 kilometr uzunluğunda ikiqat xətt olaraq inşa edilən Gebze OSB (Mütəşəkkil Sənaye Bölgəsi) - Darıca Sahil Metro Xətti üçün xüsusi olaraq hazırlanmış metro vasitəsi mərasimlə relslərə buraxıldı.

"Habertürk": 8 ayda İstanbula 11,5 milyon turist gəldi

Mədəniyyət və Turizm Nazirliyi 2023-cü ilin 8 ayında İstanbula gələn xarici turistlərin sayının illik 13,20 faiz artaraq 11 milyon 524 min 246 nəfərə çatdığını açıqladı.



Әlaqәli Xәbәrlәr