Türkiye mətbuatı, 2 iyun 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

1994295
Türkiye mətbuatı, 2 iyun 2023

"Habertürk": Prezident seçkilərinin ikinci turunun yekun nəticələri açıqlandı

Ali Seçki Şurasının sədri Əhməd Yenər mayın 28-də keçirilən prezident seçkilərinin ikinci turunun yekun nəticələrini açıqlayıb. Yenər prezident seçilən Rəcəb Tayyib Ərdoğanın 52,18 faiz, Kamal Kılıçdaroğlunun səslərin isə 47,82 faizə çatdığını bildirib.

"Hürriyet": “Çavuşoğlunun İsveçə çağırışı

Xarici işlər naziri Mövlud Çavuşoğlu İsveçi NATO-ya üzvlüyü ilə bağlı Üçlü Memoranduma əsaslanan öhdəliklərini yerinə yetirməyə və terrorla mübarizədə konkret addımlar atmağa çağırıb.

"Star": 133 ölkə Türkiye dedi

2022-ci ildə türk şirkətlərinin xaricdəki podrat işləri 19,1 milyard dolları ötüb. Podrat işləri 133 müxtəlif ölkədə aparılıb. Ən çox biznesə malik region Müstəqil Dövlətlər Birliyi və Avropa olub.

"Yenişafak": Seçkidən sonra Rusiyadan Türkiyeyə tələb axışı

Türkiyedə mayın 28-də keçirilən prezident seçkilərindən sonra Rusiyadan “Türkiye turları”na tələbat yüksək olub. Rusiya Tur Operatorları Birliyi (ATOR) Türkiyedə seçkilərdən sonra tur müraciətlərində 50 faiz artım olduğunu bildirib.

"Sabah": Antalyaya turist axını

Türkiyenin turizm cənnəti kimi tanınan Antalyaya turist axını davam edir. Cari il hava yolu ilə şəhərə gələn turistlərin sayı 3 milyon 405 min 458 nəfərə çatıb.



Әlaqәli Xәbәrlәr