Türkiye mətbuatı, 24 mart 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

1964559
Türkiye mətbuatı, 24 mart 2023

"Vatan": Ərdoğan: "Dağılan hər binanı yenidən tikəcəyik"

Prezident Rəcəb Tayyib Ərdoğan fevralın 6-da Kahramanmaraşda 11 vilayətdə baş verən zəlzələdən sonra ilk 17 min 902 evin təməlqoyma mərasimində etdiyi çıxışında “Biz dağılmış hər bir evimizi yenidən tikərək Türkiye Cümhuriyyətinin yeni əsrinə addım-addım irəliləyirik” deyib. 

"Yenişafak": "Əsrin həmrəyliyi kampaniyası"na start verildi

Prezident Aparatının "Əsrin fəlakəti" olaraq xarakterizə edilən zəlzələlərdən sonra göstərilən həmrəyliyə diqqət çəkmək üçün "Birlikdə Türkiyeyik" şüarı ilə "Əsrin həmrəyliyi kampaniyası"na start verib.

"Sabah": "Altay" gəlir! Missiya tarixi açıqlandı

Türkiye ordusunun qurudakı üstünlüyünü artıracaq milli vasitələrlə hazırlanan və kütləvi istehsal mərhələsinə keçən "Altay" tankı aprelin 23-də sınaq üçün Türkiye Silahlı Qüvvələrinə təhvil verilməyə hazırlaşır.

"Star": Sağlamlıq turizmində 25-30 faiz artım hədəfi

Türkiye Sağlamlıq Turizmi Dərnəkləri Federasiyasının sədri Tevfik Yazan 2023-cü ildə sağlamlıq turizmi gəlirlərində və xəstə sayında 25-30 faiz artım gözlədiklərini söyləyib.

"Hürriyet": İstanbul Hava Limanı Avropanın zirvəsindədir

Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) fevral ayı hava hərəkəti hesabatına əsasən, İstanbul Hava Limanı Avropanın ən işlək hava limanı olub. Nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu "İstanbul Hava Limanı fevral ayında 35.569 uçuş, 5.136.413 sərnişinlə Avropanın birincisi olan İstanbul Hava Limanı üstün xidmət keyfiyyəti ilə milyonlarla sərnişinimizi qəbul etməyə davam edir" paylaşımı edib.



Әlaqәli Xәbәrlәr