Türkiye mǝtbuatı, 9 yanvar 2023

Türkiye mǝtbuatında dǝrc olan bǝzi xǝbǝrlǝrin xülasǝsi.

1929650
Türkiye mǝtbuatı, 9 yanvar 2023

"Haber Türk": Prezident Ərdoğan universitet tələbələrinə müraciət etdi

Prezident Rəcəb Tayyib Ərdoğan gənclərin gələcəyin qarantı olduğunu bildirib. Dövlət  başçısı İstanbulda etdiyi çıxışında gənclərlə qürur duyduğunu bildirib və bəyan edib ki, Türkiye Cümhuriyyətinin yeni əsrinin əmanət ediləcəyi gənclik millətin əsrlər boyu arzularını gerçəkləşdirəcək gənclərdir.

"Star": Türkiyedən güc nümayişi

Sənaye və texnologiya naziri Mustafa Varank "İstehlakçı Elektronikası Sərgisi CES 2023"də iştirak etmək üçün getdiyi ABŞ-dakı təmasları çərçivəsində dünən "TOGG-un stendini ziyarət etdi. Varank burada verdiyi açıqlamada "TOGG-un Türkiyedə satışa çıxdıqdan 2 il sonra ixraca başlama hədəfi var. Hazırda dünyanın müxtəlif ölkələrindən artıq müraciətlər olur. Onun sözlərinə görə, Orta Şərq, Mərkəzi Asiya və Avropada 'biz bu maşını necə ala, şöbəsini necə aça bilərik' deyə böyük maraq var" deyib.

"Vatan": Almaniyaya ixracda tarixi zirvəyə çatıldı

Türkiyenin Almaniyaya ixracı keçən il 18 milyard 910 milyon dollarla tarixin ən yüksək səviyyəsinə çatdı. Almaniyaya keçən il ən çox ixracatı 4 milyard 390 milyon dollarla avtomobil sənayesi reallaşdırdı.

"Yeni Şafak": Göbəklitəpə ziyarətçi rekordu qırdı

12 min illik tarixi ilə Şanlıurfada "tarixin sıfır nöqtəsi" olaraq xarakterizə edilən və Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Dünya İrs Siyahısına daxil edilən Göbəklitəpə 2022-ci ildə 850 min nəfəri qonaq edərək açıldığı gündən ən yüksək ziyarətçi sayına çatdı.

"Sabah": Milli konkisürən Məhəmməd Bozdağ Macarıstanda ikinci oldu

Milli atlet Məhəmməd Bozdağ Macarıstanda keçirilən "Short Track Challenge Series 2 Pannonia Open" yarışında gümüş medal qazandı.



Әlaqәli Xәbәrlәr