Türkiye mәtbuatı, 24 oktyabr 2022

Türkiye mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1896505
Türkiye mәtbuatı, 24 oktyabr 2022

"Haber Türk": Ərdoğan: "Diyarbəkir artıq sülh şəhəridir"

Prezident Rəcəb Tayyib Ərdoğan terrordan təmizlənən Diyarbəkirin indi sülh şəhəri olduğunu bildirib. Diyarbəkirin dinc qalması üçün İraq, Suriya və bölgənin sülh içində olmasının vacibliyini vurğulayan Ərdoğan “Ölkəmizi Şərqdən Qərbə, Cənubdan Şimala sülh adası etmək üçün çalışırıq. Terror təşkilatları və ipləri tutan imperialist tiranlar buna nail olmağımıza mane ola bilməyəcəklər” deyib.

"Hürriyet": Ərdoğan diyarbəkirli Analarla görüşdü

Prezident Ərdoğan Diyarbəkirə səfəri çərçivəsində bölücü terror təşkilatı PKK tərəfindən oğurlanan uşaqları üçün keşik çəkən diyarbəkirli analarla görüşüb. Prezident Xalqların Demokratik Partiyası (HDP) Vilayət binası qarşısında oturan anaların problemlərini dinləyib.

"Yeni Şafak": Nəfəslər tutulub: Yerli avtomobil "TOGG"-un istehsalı üçün tikiləcək fabrik üçün sayılı günlər qaldı

Türkiyenin yerli avtomobilini istehsal edəcək "TOGG" fabrikinin açılmasına sayılı günlər qalıb. "TOGG"-un Bursa vilayətinin Gemlik qəsəbəsindəki fabriki oktyabrın 29-da açılacaq. Türkiye Palatalar və Birjalar Birliyinin sədri Rıfat Hisarcıklıoğlu sosial media hesabından "TOGG" ilə bağlı açıqlama verərək, "Oktyabrın 29-da "TOGG"-un istehsal ediləcəyi kompleks istifadəyə veriləcək" deyib.

"Star": Yunanıstan mətbuatı: Müdafiə sənayesində Türkiyedən geridəyik

Türkiyenin silahlı pilotsuz uçuş aparatları, "TCG Anadolu" amfibiya hücum gəmisi, "Tayfun" raketi, "Atak" helikopteri kimi bir çox yerli silahı təqib edən Yunanıstan mətbuatı, Türkiye müdafiə sənayesinin sürətlə inkişaf etdiyinə diqqət çəkib. Rəsmi Afinanın Türkiyeni yaxından izlədiyini ifadə edən ölkə mətbuatı "Son illərdə davam edən satınalma və silah proqramına baxmayaraq, müdafiə sənayesi Türkiyedən ciddi şəkildə geri qalır" deyə ifadə edib. 

"Sabah": Yerli və milli müdafiə sənayesi sərgilənir

Sənaye və Texnologiya Nazirliyi tviter hesabından etdiyi paylaşımda Türkiyenin müdafiə, aviasiya və kosmik sənayesinin ən yeni məhsullarının 25-28 oktyabr tarixlərində Saha İstanbul tərəfindən 57 ölkədən 390 xarici, 567 yerli şirkətin iştirak etdiyi "SAHA Expo" sərgisində nümayiş etdiriləcəyini bildirib.



Әlaqәli Xәbәrlәr