Türkiyә mәtbautı, 5 may 2022

Türkiyә mәtbautında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1822139
Türkiyә mәtbautı, 5 may 2022

"Sabah": Ankara və İrəvandan kritik görüş

Türkiyə və Ermənistanın Normallaşma Prosesi üzrə xüsusi nümayəndələri, səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan arasında üçüncü görüş Vyanada keçirilib.

"Star": Türkiyədən kömək istədilər: Mariupolu xilas edin

Almaniyada yaşayan ukraynalılar Türkiyədən kömək istəyib. Yüzdən çox ukraynalı Türkiyənin Berlindəki səfirliyi qarşısına toplaşaraq türk dilində “Türkiyə Mariupolu xilas et” şüarını səsləndirib.

"Habertürk": Keçən il 2 milyard dollarlıq gəmi ixracı edildi

Yalovanın Altınova qəsəbəsindəki tərsanələr sahəsində SANMAR gəmiqayırma zavodunu ziyarət edən sənaye və texnologiya naziri Mustafa Varank nəqliyyat gəmilərini dənizdə sınaqdan keçirdi. Türk dənizçilik sənayesində son illərdə ciddi addımlar atıldığını bildirən Varank "Türkiyə yalnız keçən il 2 milyard dollarlıq gəmi ixrac etdi" dedi.

"Yenişafak":  Bodruma tarixinin ən böyük kruiz gəmisi gəldi

Muğla vilayətinin Bodrum qəsəbəsinə tarixinin ən böyük kruiz  gəmisi gəlib. İtaliya bayrağı altında üzən, 323 metr uzunluğunda və 135 min ton ağırlığında olan "Costa Venezia" gəmisi 2116 kabinə, 1254 sərnişin və 1078 personala malikdir. Əksəriyyəti Almaniya, İtaliya və Rusiyadan olan turistlər Bodrumu ziyarət edərək bənzərsiz buxtaları görüblər.

"Hürriyet": Türk terminator Belçika meşələrini qoruyacaq

Belçikanın Antverpen və Limburq əyalətləri ölkənin meşə ərazilərinin ən böyük düşmənlərindən biri olan şam qurduna qarşı mübarizədə Türkiyənin köməyinə müraciət etdi. Bu məqsədlə Türkiyədən “terminator böcək” kimi tanınan "Calosoma Sycophanta" cinsinə aid 100 baş həşərat idxal edildi.



Әlaqәli Xәbәrlәr