Türkiyǝ mǝtbuatı, 15 mart 2022

Türkiyǝ mǝtbuatında dǝrc olan bǝzi xǝbǝrlǝrin xülasǝsi.

1795468
Türkiyǝ mǝtbuatı, 15 mart 2022

"Star": Prezident Ərdoğan: "Razı qaldıq"

Prezident Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Olaf Şolts ilə keçirdiyi birgə mətbuat konfransında Rusiya-Ukrayna müharibəsi ilə bağlı “Avropa təhlükəsizliyi üçün tədbirlər görərkən, həll yolunda diplomatik səyləri sürətləndirmək barədə razılığa gəldik” dedi.  Şolts da "Hücumlarla bağlı narahatlıqlar mövzusunda Ərdoğanla həmfikirik. Bir an əvvəl atəşkəsə nail olunması mövzusunda da razıyıq" dedi.

"Hürriyet": Kuleba Türkiyəyə təşəkkür etdi

Xarici işlər naziri Mövlud Çavuşoğlu ukraynalı həmkarı Dmitri Kuleba ilə telefon danışığı aparıb. Görüşdən sonra "Twitter"də paylaşım edən Kuleba "Bu çətin günlərdə həmrəylik nümayiş etdirdiyi üçün Türkiyəyə minnətdarıq" deyib.

"Sabah": ABŞ-dan kritik səfər

ABŞ-ın Ankaradakı səfiri Cefri Flakenin Rusiyanı tərk etməyə hazırlaşan 5 min ABŞ şirkətinə Türkiyəni işarə etməsinə dair xəbərinin ardınca ABŞ Ticarət Palatasının vitse-prezidenti Myron Brilliant bu həftə Amerika şirkətlərini təmsil edərək Türkiyəyə səfər edəcək.

"Habertürk": Türkiyənin ilk tank ixracı tamamlandı

FNSS baş direktoru Nail Kurt İndoneziya üçün istehsal edilən "Kaplan MT" tankı üçün tədarüklərin başladığını və layihənin ilk paketinin cari il tamamlanacağını bildirib.

"Yeni Şafak": TOGG: "Ən yaxşı 20 brend arasında 6-cı yeri tutduq"

Yerli avtomobil TOGG-nin sosial media hesabından edilən açıqlamada, “"Exhibitor"un 2300 iştirakçı arasında namizəd kimi irəli sürdüyü ən yaxşı 20 marka siyahısında 6-cı yerimizi aldıq” deyilib.



Әlaqәli Xәbәrlәr