Türkiyǝ mǝtbuatı, 18 yanvar 2022

Türkiyǝ mǝtbuatında dǝrc olan bǝzi xǝbǝrlǝrin xülasǝsi.

1764094
Türkiyǝ mǝtbuatı, 18 yanvar 2022

"Hürriyet": Prezident Ərdoğandan FETÖ mesajı

Prezident Rəcəb Tayyib Ərdoğan dünən Tiranada Albaniyanın Baş naziri Edi Rama ilə sazişlərin imzalanma mərasimi və birgə mətbuat konfransında açıqlamalar verib. Dövlət başçısı Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə mübarizə ilə bağlı Albaniyadan daha çox gözləntilərinin olduğunu bildirərək, “Əllərində günahsızların qanı olan bu quruluşun təkcə Türkiyə üçün deyil, həm də mövcud olduğu ölkələrdə təhdit təşkil etdişi aydındır. Qarşıdan gələn dövrdə Albaniyadakı FETÖ təşkilatlanmasına qarşı daha sürətli və qətiyyətli addımların atılacağını gözləyirik" dedi.

"Sabah": Albaniyanın baş naziri Rama: "Ərdoğan dediyini edən adamdır"

Prezident Rəcəb Tayyib Ərdoğan dünən Albaniyanın Laç şəhərində Türkiyə tərəfindən inşa edilən zəlzələ evlərinin təhvil verilməsi mərasimində iştirak edib. Mərasimdə çıxış edən Albaniyanın baş naziri Edi Rama Ərdoğanla yaxın dostluğu ilə bağlı tez-tez soruşulduğunu ifadə edərək, “Cavabım çox sadədir: “Prezident Ərdoğan dediyini edən, etdiyini də deyən adamdır” deyib. İnanın ki, bugünkü dünyada və diplomatiyada (xarici işlər naziri) Mövlud Çavuşoğlu çox yaxşı bilir, “hə”si “hə”, “yox”u isə yox olan insanları tapmaq asan deyil” ifadəsini işlədib.

"Star": Fərmanı imzaladı: İndi Türkiyədən gətiriləcək

Gürcüstan bazarı Türkiyədən gətiriləcək dərmanlara açıldı. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili müvafiq sərəncam imzalayıb.

"Haber Türk": Türkiyənin günəş enerjisi quraşdırılmış gücü 7 min 816 meqavata çatdı

Türkiyənin quraşdırılmış günəş enerjisi 8 il ərzində 40 meqavatdan 7816 meqavata yüksəlib. Ötən il şəbəkəyə 1149 meqavatlıq günəş elektrik stansiyaları daxil edilib.

"Vatan": Antalya keçən ilin yanvarında turistlərin sayını üç dəfə artırdı

1-16 yanvar tarixləri arasında 808 reyslə Antalya Beynəlxalq Hava Limanına 78 min 538 turist gəldi. 2021-ci ilin müvafiq dövründə demək olar ki, üç dəfə artan turistlərə rus və alman turistlər liderlik edir.



Әlaqәli Xәbәrlәr