Türkiyə mətbuatı, 17 dekabr 2021

Türkiyə mətbuatında dünya və ölkə gündəminə dair dərc olmuş xəbərlər

1748770
Türkiyə mətbuatı, 17 dekabr 2021


“Haber Türk”: Prezident Ərdoğan Elon Mask ilə videokonfrans formatında görüşüb

Prezident Rəcəb Tayyib Ərdoğan “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri Elon Mask ilə videokonfrans formatında görüş keçirib.

Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin məlumatına görə, görüşdə Türkiyənin dövlət və özəl sektor qurumları ilə şirkət arasında müxtəlif sahələrdə, ilk növbədə peyk və kosmik texnologiyalar sahəsində əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.

Görüş zamanı həmçinin elektriklə işləyən avtonom avtomobillər və rəqəmsal iqtisadiyyat məsələləri müzakirə edilib, uzunmüddətli investisiyalar və mövcud əməkdaşlığın təkmilləşdirilməsi istiqamətində atılan addımlar qiymətləndirilib.

"Star": Türkiyə Afrikada gücünü artırır

Fransanın aylıq iqtisadiyyat jurnalı "Capital" Türkiyənin istehsal etdiyi silahlı pilotsuz uçuş aparatlarına (SİHA) Afrika ölkələrində böyük tələbat olduğunu yazıb. Sözügedən xəbərdə Türkiyənin Prezident Rəcəb Tayyib Ərdoğanla Afrikadakı nüfuzunu artırdığı, Afrika ölkələrində türk SİHA-larına çox üstünlük verildiyi vurğulanıb.

“Yeni Şafak”: Azərbaycan və Ermənistan dəmir yolu xətləri ilə bağlı razılığa gəliblər

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşündə razılaşdırılan və Azərbaycandan başlayıb Ermənistandan keçərək Naxçıvana çatan dəmir yolu xətti bir çox ilklərə də imza atacaq. Dəmir yolu ilə Rusiya, Azərbaycan, Türkiyə və Ermənistan arasında regional ticarət artacaq. Xəttin strateji əhəmiyyətdəki Zəngəzur dəhlizində yerləşməsi böyük iqtisadi üstünlüklər verəcək.

"Vatan": Türk şirkətindən Bakıya nəhəng investisiya

"Demirören Holding" Azərbaycanda dərman fabriki quracaq. Strateji investisiya təxminən 500 nəfərin işlə təmin olunmasına imkan verəcək. Səhiyyə sahəsində əczaçılıq bazarına mühüm qapı açacaq bu investisiya Müstəqil Dövlətlər Birliyinə açılmağa da imkan yaradacaq.

"Hürriyet": 2025-ci ildə Türkiyənin ixrac hədəfi 300 milyard dollardır

Türkiyə İxracatçılar Məclisinin (TİM) sədri İsmail Güllə 2026-cı il üçün 300 milyard dollarlıq ixrac hədəfini bir il əvvələ çəkdiklərini bildirib. Gülle yeni növ koronavirus (Covid-19) epidemiyası ilə qlobal təchizat zəncirində yeni dövrün başladığını və türk ixrac sektorunun bu dövrdən öz xeyrinə istifadə etməyi bacardığını bildirib.



Әlaqәli Xәbәrlәr