Türkiyə metbuatı, 11 yanvar 2021

Türkiyə mətbuatında gündəmə dair əks edən xəbərlərin xülasəsi

1561035
Türkiyə metbuatı, 11 yanvar 2021

“Sabah”: Avropa İttifaqı” (Aİ) dialoqu davam etdirməyə hazırdır

Prezident Rəcəb Tayyib Ərdoğan ilə Aİ Komissiyasının sədri Ursula von der Leyen arasındakı baş tutan video konfrans görüşünün əksləri davam edir. Alyansın Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell həmin görüşdən sonra Türkiyə ilə dialoqu davam etdirməkdə hazır olduqlarını açıqlayıb. Xarici işlər naziri Mövlud Çavuşoğlu, “Səmimi və nəticə yönümlü bir dialoq üçün Brüsselə səfər reallaşdıracağını qeyd edib. Beləcə nazir Çavuşoğlunun 21 yanvarda Brüsselə səfəri gözlənilir.

“Haber Türk”: Türkiyə Qırğızıstanda seçkilərin sülh və əmin-amanlıq mühitində keçirilməsini yüksək qiymətləndirib.

 Xarici İşlər Nazirliyindən yayılan açıqlamada: “Qırğızıstanda keçirilən növbədənkənar prezident seçkilərinin və ölkənin hakimiyyət rejimi ilə əlaqəli referendumun sülh və əmin-amanlıq şəraitində başa çatmasını yüksək qiymətləndiririk”. Nazirliyin açıqlamasında həmçinin vurğulanıb ki, Türkiyə Qırğızıstandakı demokratik prosesin sosial konsensüs əsasında tamamlanması uğrunda atılası addımlara dəstək verəcək.

Qırğızıstanda keçirilən prezident seçkilərində, qeyri-müəyyən nəticələrə görə, keçmiş Baş nazir Sadir Caparov səslərin 79,18% toplayaraq uğur qazanıb.

“Star”: Türkiyə ilə Ukrayna arasında müdafiə layihələri

Ukraynanın Türkiyədəki səfiri Andrii Sybihin sözlərinə görə Türkiyə ilə Ukrayna arasında 30-dan çox müdafiə layihəsi həyata keçirilir.

“Bayraktar TB2” pilotsuz uçuş aparatlar satın alan ilk xarici ölkələrdən birinin Ukrayna olduğunu ifadə edən səfir Ukrayna mühərriklərinin Türkiyədə, pilotsuz aparatların isə Ukraynada istehsalı ilə bağlı danışqar aparıldığına diqqət çəkib.

“Yeni Şafak”: Sənaye ixracatı 2020-ci ili rekordla tamamladı

Türk sənaye sektoru yeni tip koronavirüs (Kovid-19) epidemiyasının mənfi təsirlərlərinə baxmayaraq keçən ay 13 milyard 308 milyon 486 min dollarlıq ixracat reallaşdıraraq ilin rekordunu qırdı.

Türkiyənin sənaye məmulları ixracı dekabr ayında noyabra müqayisədə 9%, 2019-cu ilin müvafiq dövrünə müqayisədə isə 15,8% artıb.

“Hürriyet”: Milyard dollarlıq EXPO Hollivud ilə rəqib oldu

 Antaliyada inşa edilən və 1.8 milyard dollar xərclənəcək olan EXPO sahəsi nəhəng bir kino matoqrafiyasına çevrilərək Hollivuda rəqib olur. Məşhur rejissor Guy Ritchie və aktyor Jason Stathamın rol alacağı Beş Göz kinofilmi Antalyada çəkiləcək. Aktyorlar çəkiliş üçün yaxın günlərdə Antalyaya gələcək. Filmin çəkilişləri 8 fevralda başlayacaq.



Әlaqәli Xәbәrlәr