Türkiyə mətbuatı 31 avqust 2020

Türkiyә mәtbuatı, 28 avqust 2020

1481811
Türkiyə mətbuatı 31 avqust 2020

"Hürriyet": "Prezident Ərdoğan: "Türkiyə Şərqi Aralıq dənizində şantaj dilinə boyun əyməyəcək"
Dünən 30 Avqust Zəfər Bayramının 98-ci ildönümü münasibətilə paytaxt Ankarada Türkiyə Cümhuriyyətinin  qurucusu Mustafa Kamal Atatürkün məqbərəsi Anıtqəbirdə mərasim keçirildi. Anıtqəbir xatirə dəftərini imzalayan Prezident Rəcəb Tayyib Ərdoğan, "Türkiyə xüsusilə Aralıq dənizinini şərqində təhdidlər, bəzdirmə və şantajlar dilinə təslim olmayacaq, beynəlxalq hüquq və ikitərəfli razılaşmalara əsaslanan hüquqlarını qorumağa davam edəcək" dedi.
"Sabah": Nazir Akarın qətiyyətliliklə əlaqəli mesajı
Milli Müdafiə naziri Hulusi Akar "Qəhrəman Türkiyə Silahlı Qüvvələri tarixdə olduğu kimi bu gün də vətənimizi, millətimizi, milli və mənəvi dəyərlərimizi, beynəlxalq hüquqlarımızı, maraqlarımızı və maraqlarımızı qorumağa qadirdir" dedi.
"Vətən": Prezident Ərdoğan müjdə verdi! "Sınaqlara başlayırıq" 
Prezident Rəcəb Tayyib Ərdoğan "Roketsan" Süni Peyk Fırlatma, Kosmik Sistemlər və Qabaqcıl Texnologiyalar Tədqiqat Mərkəzi və Partlayıcı Xammal İstehsal edilən zavodun açılış mərasimində çıxış etdi.  Ərdoğan canlı yayımda müjdə verərək, "Milli olaraq inkişaf etdirilən maye yanacaqlı roket mühərrik texnologiyasının ilk kosmik sınaqlarına başlayacağımıza dair müjdə vermək istəyirəm" ifadəsini işlədib.
"Star": "ATMACA" üçün tarix açıqlandı
Prezident Rəcəb Tayyib Ərdoğanın "Dünyada yerli olaraq istehsal edilə bilən beş ölkədən biriyik" deyərək açıqladığı Türkiyənin ilk yerli gəmi raketi "ATMACA" ilin axırında Türkiyə Silahlı Qüvvələrinin nventarına daxil olacaq.
"Haber Türk": Ayhancan Güven Belçikada birinci yeri aldı
Türkiyənin ən uğurlu motor idmanları pilotlarından "Red Bul"l idmançısı Ayhancan Güven  "Porsche Mobil 1 Supercup 2020"nin 7-ci yarışını birinci yerdə tamamladı. Gənclər və İdman naziri Dr. Mehmet Məhərrəm Kasapoğlu, "Porsche Supercup"ın Belçika mərhələsini ilk yerdə bitirən milli atlet Ayhancan Güveni təbrik etdi.



Әlaqәli Xәbәrlәr