Türkiyə mətbuatı, 21 avqust 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1476692
Türkiyə mətbuatı, 21 avqust 2020

"Haber Türk": "Avropa İttifaqı bu çağırışlarını Yunanıstan və Cənubi Kıbrıs Rum icmasına etməlidir"
Türkiyənin qanuni hüquqları çərçivəsində Aralıq dənizində fəaliyyətlərini davam edir. Yunanıstan isə və Türkiyəni tez-tez Avropaya şikayət edir. Aİ isə, Türkiyəni sözdə təmkinli olmağa çağırır.
Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Avropa İttifaqının Şərqi Aralıq dənizində sülh, rifah və sabitliyi hədəfləyən prosesin bir hissəsi olmaq istəyəcəyi təqdirdə obyektiv və dürüst olmasının vacibliyini bildirərək təmkinli olmaqla bağlı çağırışlarını Yunanıstana və Cənubi Kıbrıs Rum Rəhbərliyinə etməsinin lazım gəldiyini bildirdi.. 
"Hürriyet": Balon turları 22 avqustda başlayır
Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu "Covid-19" infeksiyası səbəbiylə dayandırılmış balon turlarının 22 avqust tarixindən etibarən bərpa olacağını söylədi. Hər il orta hesabla 600 turist Türkiyədə balon turuna qatılır. Keçən il bu rəqəm 660 mini keçmişdi. Kapadokya dünyada balon turunun olması baxımından dünyada qəbul edilən az saydakı turizm bölgələrindən biridir.
"Vatan": Türkiyənin ən çox maska satdığı ölkə Almaniya oldu
Yanvar-iyun dövründə Türkiyədə istehsal edilən birdəfəlik maskalara ən çox Almaniya, Çin, Fransa, Rumıniya və Küveytdən tələb gəldi. Bu dövrdə Almaniyaya təxminən 14,3 milyon dollar, Çinə 13,6 milyon dollar, Fransaya 9,8 milyon dollar, Rumıniyaya 8,6 milyon dollar və Küveytə 8,5 milyon dollarlıq birdəfəlik tibbi maska satıldı.
"Star": ABŞ-lı professor Gunter: "Ermənilərin sənədləri saxtadır"
1915-ci il hadisələri ilə əlaqədar araşdırma aparan Amerika Birləşmiş Ştatlarının (ABŞ) Tennessi Texnologiya Universitetinin Sosiologiya və Siyasi Elmlər üzrə professoru Maykl Gunter 1915-ci il hadisələri ilə əlaqədar ermənilərin iddialarını təsdiqləyən real sənəd olmadığını söylədi. Guntur "Məsələn, erməni iddialarını sübut etmək üçün təqdim edilən məşhur Andony Sənədləri qondarmadır" dedi.



Әlaqәli Xәbәrlәr