Türkiyə mətbuatı, 30 iyun 2020

Türkiyә mәtbautında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1445958
Türkiyə mətbuatı, 30 iyun 2020

"Yenişafak": "The İndependent": Fransa Liviya mövzusunda Türkiyəni ittiham edərək gülməli vəziyyətə düşür
Dünya ictimaiyyəti Liviyada illərlə dəstək olduğu qiyamçı Hafterin məruz qaldığı məğlubiyyət ilə planları alt-üst olduqda Türkiyə əleyhinə səsini ucaldaraq səhvini ört-basdır etməyə cəhd edən Fransanın qarşı-qarşıya olduğu vəziyyətdən danışmağa davam edir. "The Independent" qəzeti də dərc etdiyi yazıda "Fransız səlahiyyətliləri Liviya siyasətini müdafiə etmək üçün Türkiyəni günahlandıraraq gülməli vəziyyətlərə düşürlər" ifadəsini işlədib.
"Star": Macarıstanın xarici işlər nazirindən Cənubi Kıbrıs (Kipr) və Aİ-yə sərt sözlər
Macarıstanın xarici işlər naziri Peter Szijjarto Cənubi Kıbrısa etdiyi səfərində, Avropa İttifaqına (Aİ) üzv bir çox ölkənin beynəlxalq ictimaiyyət qarşısında Türkiyə ilə bağlı fərqli şəkildə, bağlı qapılar arxasında fərqli danışdıqlarını ifadə edərək, "Aİ-Türkiyə əlaqələrindəkı ən ciddi problemin Türkiyəyə qarşı riyakarlıq edilməsidir" dedi.
"Vatan": Nazir Albayrak: Türkiyə iqtisadiyyatına inam artır
Xəzinə və maliyyə naziri Berat Albayrak "Türkiyə iqtisadiyyatına inam artır.  Apreldə 51,3 olan İqtisadi Güvən İndeksi may ayında 61,3-ə, iyunda isə 73,5-ə yüksəldi. 2020-ci ili bu şəkildə davam etdirib, gələcək il də bunu daha da irəli pillələrə qaldıracağıq" dedi. 
"Sabah": Yerli və milli elektrik qatarı relsdədir
Sənaye və texnologiya naziri Mustafa Varank yerli və milli elektrik qatarının yollarda olacağını və fabrikdə sınaqların başlayacağını söylədi. Nazir "Elektirik enerjisi ilə işləyəcək qatar bu ilin sonunda yollarda olacaq və qısa müddətdə sərnişin daşınmasına başlayacağıq" deyə bildirdi.
"Hürriyet": Üç ölkədə Logistika Mərkəzi
Pandemiya prosesi ilə dünyada elektron ticarətin sürətlə inkişaf etdiyini bildirən nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu "İngiltərə, Almaniya və Rusiyada elektron ticarət anbarları quracağıq. Məqsədimiz e-ticarət platformamızı bölgənin ən yaxşı 5 ölkədən birinə çevirməkdir" deyib.



Әlaqәli Xәbәrlәr