Türkiyə mətbuatı, 2 mart 2020

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi

1369695
Türkiyə mətbuatı, 2 mart 2020

“Haber Türk”: Prezident Ərdoğan və Putin martın 5-də Moskvada görüşəcəklər

Prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin martın 5-də paytaxt Moskvada görüşəcəklər. Görüşdə İdlibdə baş verən son hadisələr və rejim qüvvələrinin müşahidə məntəqələrindən kənara çəkilməsi mövzularının müzakirə olunması gözlənilir.

“Hürriyət”: Nazir Çavuşoğlu: “Bayrağımıza uzanan bütün xain əlləri qıracağıq”

Xarici işlər naziri Mövlud Çavuşoğlu 27 fevralda İdlibdə vəzifə icra edən Türkiyə əsgərlərinə istiqamətli mənfur hücumdan sonra başlanan “Bahar qalxanı” hərəkatı ilə əlaqədar “Bayrağımıza uzanan bütün xain əlləri qıracağıq” ifadələrini işlədib.

“Star”: Türkiyə SPUA-ları hücumları ilə dünya müharibə tarixində öz yerini aldı

Türkiyə Silahlı Qüvvələri Suriyada Əsədin dinc vətəndaşları qətlə yetirdiyi İdlib və ətrafında rejim qüvvəllərini milli imkanlarla istehsal edilən onlarla SPUA-nın (silahlı pilotsuz uçuş aparatı) iştirak etdiyi əməliyyatlarda vuraraq dünya tarixinə keçdi.

“Yenişafak”: Bolqarıstanın baş naziri Borisov: “Yaxın zamanda Türkiyəyə yardım edilməlidir”

Avropaya axışan minlərlə miqrantla əlaqədar açıqlama verən Bolqarıstanın baş naziri Boyko Borisov “Türkiyə daxil heç bir ölkə bir başına buraxılmamalıdır. Təcili olaraq Türkiyəyə yardım edilməlidir” ifadələrini işlədib.

“Sabah”: İngiltərədə dərc olunan qəzet təklif etdi! Təhlükəsiz tətilin ünvanı Türkiyə

İngiltərədə dərc olunan “Daily Express” qəzeti aprelin 10-da start götürəcək Pasxa bayramı tətilini ölkə xaricində keçirmək istəyənlərə koronavirus təhlükəsi olmayan Türkiyəni təklif edib. Qəzetin tətil üçün təhlükəsiz ölkələr arasında Türkiyəni göstərməsi ingilislərin sevimli tətil şəhəri Muğladakı turizmçiləri sevindirdi.



Әlaqәli Xәbәrlәr