Hakan Fidan ATƏT-in iclasında iştirak edəcək
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) üzv ölkələr Maltanın paytaxtı Valettada bir araya gələcək
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) üzv ölkələr Maltanın paytaxtı Vallettada bir araya gələcək.
Dekabrın 5-6-da keçiriləcək Nazirlər Şurasının 31-ci toplantısında Türkiyəni xarici işlər naziri Hakan Fidan təmsil edəcək. Hər ilin sonunda keçirilən bu iclas, ATƏT-in ən mühüm qərar qəbul edən və icraedici orqanıdır. İclasda 40-a yaxın üzv ölkənin nazirləri iştirak edəcək.
İclasda Avro-Atlantik və Avrasiya coğrafiyasındakı təhlükəsizlik vəziyyəti qiymətləndiriləcək və mövcud çağırışlar müzakirə ediləcək.
Hakan Fidan toplantıda Avropalı həmkarlarına müraciət edəcək. O, Türkiyənin Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini, ədalətli və davamlı sülhün təmin edilməsi üçün diplomatiya və dialoqa üstünlük verdiyini vurğulayacaq.
İclasda İsrailin Qəzzaya hücumları da müzakirə ediləcək. Hakan Fidan ATƏT-in Yaxın Şərqdə daimi sülh və sabitliyin bərqərar olmasının vacibliyini də qeyd edəcək.
Әlaqәli Xәbәrlәr
Hakan Fidan Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdədir
Xarici İşlər Nazirliyinin “X” sosial media hesabından edilən paylaşıma görə...