Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın Baş nazirini qəbul edib

Bu barədə Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumatda  bildirilib.

2132271
Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın Baş nazirini qəbul edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail rəhbərliyinin öz siyasi gələcəyi naminə münaqişələri bütün bölgəyə yaymağa çalışdığını bəyan edib.
Prezident Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada Qazaxıstanın Baş naziri Oljas Bektenovu qəbul edib.
Bu barədə Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumatda  bildirilib. Məlumata görə, görüşdə  Türkiyə ilə Qazaxıstan arasındakı əlaqələr, regional və qlobal problemlər, İsrailin Qəzzaya hücumları və bölgədəki son vəziyyət müzakirə edilib.
Prezident Rəcəb Tayyib Ərdoğan İsrail rəhbərliyinin öz siyasi gələcəyi naminə münaqişələri bütün bölgəyə yaymaq üçün çalışdığını, ilkin prioritetin dərhal və daimi atəşkəsin təmin edilməsi olduğunu və Qəzzadakı mülki şəxslərə humanitar yardımın çatdırılması üçün Türk Dövlətləri Təşkilatının daha əhatəli əməkdaşlıq edə bilməsi olduğunu bildirib. 
Rəcəb Tayyib Ərdoğan Qazaxıstanla xüsusilə müdafiə sənayesi, terrorla mübarizə, iqtisadiyyat və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsinin vacib olduğunu vurğulayıb.



Әlaqәli Xәbәrlәr