Türkiyə MN: ''Son bir həftədə 54 terrorçu da zərərsizləşdirilib''

Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyanın şimalında keçirdiyi əməliyyatlarda son bir həftə ərzində daha 54 terrorçu zərərsizləşdirilib.

2132043

Milli Müdafiə Nazirliyinin keçirdiyi məlumatlandırma toplantısında son bir həftədə 54 terrorçunun, yanvarın 1-dən etibarən isə  İraqın şimalında 360, Suriyanın şimalında da 442 terrorçu olmaqla ümumilikdə  802 terrorçunun zərərsizləşdirildiyi bildirilib.

Həyata keçirilən qətiyyətli əməliyyatlar nəticəsində İraqın şimalındakı sığınacaqlarından qaçan daha iki PKK terrorçusunun aprelin 21-də Habur sərhəd-keçid məntəqəsindəki təhlükəsizlik qüvvələrinə təslim olduğu qeyd olunub.

Prezident Rəcəb Tayyib Ərdoğanın İraqa səfəri də terrorla mübarizə sahəsində əməkdaşlığı sürətləndirdi.

Milli Müdafiə Nazirliyindəki mənbələr İraqla "Birgə Təhlükəsizlik Koordinasiya Mərkəzi"nin prinsiplərinin müəyyən edilməsi üçün danışıqların davam etdiyini bildirir.

Türkiyə sərhəd təhlükəsizliyi sistemləri ilə bağlı İraqa da dəstək verəcək.

Әlaqәli Xәbәrlәr