Yaşar Gülər ​​İraqla ortaq əməliyyat mərkəzi yaradılmasından danışıb

Bu barədə Yaşar Gülər jurnalistlərin suallarını cavablandırarkən deyib.

2131150
Yaşar Gülər ​​İraqla ortaq əməliyyat mərkəzi yaradılmasından danışıb

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​İraqla ortaq əməliyyat mərkəzinin yaradılması ilə bağlı  deyib: "Onlarla birlikdə çalışacağıq. Bundan sonra ortaq əməliyyat mərkəzinin vəzifələri bəlli olacaq. Hazırda hər iki tərəf mərkəzin yaradılması ilə bağlı birgə qərar qəbul edib”.

Bu barədə Yaşar Gülər jurnalistlərin suallarını cavablandırarkən deyib.

Jurnalistin Yunanıstanın paytaxtı Afinada keçirilən Türkiyə-Yunanıstan Etimad Tədbirləri Toplantısı ilə bağlı sualını cavablandıran Yaşar Gülər deyib: "Nümayəndə heyəti qayıdanda öyrənəcəyik, amma müsbətdir. Qarşılıqlı xoş niyyətlə həyata keçirilir''.

ABŞ-dan F-16 döyüş təyyarələrinin alınması ilə bağlı Yaşar Gülər deyib:  "Danışıqlar aparırıq. Tezliklə hər şeylə bağlı hansı mərhələdə  olduğumuzu öyrənəcəksiniz. Çalışırıq".



Әlaqәli Xәbәrlәr