Rəcəb Tayyib Ərdoğan Frank-Volter Ştaynmayerlə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə rəsmi səfərdə olan Almaniya Prezidenti Frank-Volter Ştaynmayeri mərasimlə qarşılayıb.

2131561
Rəcəb Tayyib Ərdoğan Frank-Volter Ştaynmayerlə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə rəsmi səfərdə olan Almaniya Prezidenti Frank-Volter Ştaynmayeri mərasimlə qarşılayıb.

Prezident Rəcəb Tayyib Ərdoğan Frank-Volter Ştaynmayeri Prezident İqamətgahında qəbul edib.
Görüşdə Türkiyə ilə Almaniya arasında ikitərəfli münasibətlərin bütün aspektləri müzakirə olunacaq və əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün görüləcək işlər qiymətləndiriləcək.

Görüşlərdə həmçinin İsrailin Fələstin ərazilərinə hücumları və bölgədəki son vəziyyət, Ukrayna ilə Rusiya arasında davam edən müharibə, Türkiyə-Avropa İttifaqı münasibətləri, qlobal və regional problemlər müzakirə olunacaq.
Görüşdən əvvəl Ştaynmayer Türkiyə Cümhuriyyətinin qurucusu, Ulu Öndər Mustafa Kamal Atatürkün mavzoleyini-Anıtqəbri ziyarət edib.
Frank-Volter Ştaynmayer Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyub, Ulu Öndərin xatirəsinə ehtiram nümayiş etdirib və xüsusi dəftərə ürək sözlərini yazıb.
Almaniya prezidenti Frank-Volter Ştaynmayer xüsusi dəftərə bunları yazıb:
"Almaniya prezidenti kimi Türkiyə Respublikasına səfər etmək və bu dövlətin qurucusu Mustafa Kamal Atatürkə dərin ehtiramımı bildirmək mənim üçün böyük şərəfdir. Onun Avropaya baxışı iki ölkə arasında 100 illik dərin dostluğun əsasını qoyub''.



Әlaqәli Xәbәrlәr