Türkiyə-ABŞ antiterror məsləhətləşmələri yenidən başladı

Bu çərçivədə ABŞ Dövlət Departamentinin terrorla mübarizə üzrə koordinatoru Elizabet Riçard danışıqlar aparmaq üçün Türkiyənin paytaxtı Ankaraya gəlib

2130826
Türkiyə-ABŞ antiterror məsləhətləşmələri yenidən başladı

 

  Türkiyə və Amerika Birləşmiş Ştatları 2024-cü ilin mart ayında ABŞ-da keçirilmiş strateji mexanizm toplantısı ilə antiterror məsləhətləşmələrini yenidən başladıb. Bu çərçivədə ABŞ Dövlət Departamentinin terrorla mübarizə üzrə koordinatoru Elizabet Riçard danışıqlar aparmaq üçün Türkiyənin paytaxtı Ankaraya gəlib.

  Müşavirədə terrorla bağlı mütəşəkkil cinayətkarlıqla, o cümlədən Suriya və İraqda PKK, DHKP-C, DEAŞ kimi terror təşkilatlarına qarşı mübarizədə əməkdaşlığın genişləndirilməsi və gücləndirilməsi istiqamətində görüləcək tədbirlər müzakirə olunacaq.

  Qlobal maliyyə kanallarının terror təşkilatları tərəfindən istismarının qarşısının alınması yolları da gündəlikdə mühüm yer tutur.



Әlaqәli Xәbәrlәr