23 Aprel Türkiyə Milli Suverenlik və Uşaq Bayramı günüdür

Türkiyə Böyük Millət Məclisinin (TBMM) açılışı münasibətilə təsis edilən bu bayram Türkiyə xalqının ulu öndəri Mustafa Kamal Atatürk tərəfindən uşaqlara həsr edilib

2130886
23 Aprel Türkiyə Milli Suverenlik və Uşaq Bayramı günüdür
23 Aprel Türkiyə Milli Suverenlik və Uşaq Bayramı.jpg

 

  23 Aprel Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı qeyd olunur.

  Türkiyə Böyük Millət Məclisinin (TBMM) açılışı münasibətilə təsis edilən bu bayram Türkiyə xalqının ulu öndəri Mustafa Kamal Atatürk tərəfindən uşaqlara həsr edilib. Yəni bu gün eyni zamanda, Türkiyə Böyük Millət Məclisinin açılışının 104-cü ildönümü qeyd olunur.

  Türkiyə Respublikasının ilk milli bayramı olan bu mötəbər gün hər il bu ölkə ilə yanaşı, Şimali Kipr Türk Respublikasında, eləcə də Türkiyənin xarici nümayəndəliklərində rəsmi mərasimlərlə böyük coşğu ilə qarşılanır.

  Hər il 23 aprel tarixində Türkiyədə uşaqlar bir günlük dövlətin rəsmi orqanlarının başına keçir, prezident, nazir və digər dövlət qurumlarının rəhbərləri qismində çıxış edirlər. Bu ənənə 1933-cü ildə Qazi Mustafa Kamal Atatürk tərəfindən başladılıb və günümüzədək davam etdirilir.

  Türkiyədə 1921-ci ildən etibarən 23 Aprel Milli Bayramı adı ilə qeyd olunmağa başlanan bu tarix 1927-ci ildən etibarən uşaqlara həsr olunub. Bayramın uşaqlara həsr edilməsinin əsas məqsədi isə azyaşlıların şən gün keçirmələri ilə yanaşı, dövrün “Himaye-i Etfal Cəmiyyəti”, yəni “kimsəsiz uşaqlara gəlir gətirmək” olub.

  Türkiyədə 23 Aprelin rəsmi adı 1935-ci ildə “Hâkimiyet-i Milliye Bayramı” 1981-ci ildə isə Milli Suverenlik və Uşaq Bayramı olaraq təsis edilib.

  UNESCO tərəfindən 1979-cu ilin “Uşaq ili” elan edilməsindən sonra Türkiyənin Dövlət Radio və Televiziya Qurumunun TRT Beynəlxalq 23 Aprel Uşaq Şənliyini başlaması ilə bu bayram beynəlxalq səviyyəyə yüksəldilib.

  Hər il olduğu kimi, bu il də 23 Aprel münasibətilə rəsmi mərasimlərlə yanaşı, Türkiyənin hər guşəsində uşaqlar üçün bayram şənlikləri, yarışlar, teatr tamaşaları, konsertlər və bir çox digər əyləncəli proqramlar keçirilir.

 



Әlaqәli Xәbәrlәr