"Dünyanın bütün uşaqları bayram sevincini yaşamalıdır", M.Z.Sobacı

Başkent Millet Bağçasında keçirilən tədbirdə 29 ölkədən olan uşaqlar ankaralı həmyaşıdları ilə bir araya gəlib

2130669
"Dünyanın bütün uşaqları bayram sevincini yaşamalıdır", M.Z.Sobacı
trt 23 nisan cocuk senligi4.jpg
trt 23 nisan cocuk senligi3.jpg
trt 23 nisan cocuk senligi2.jpg
trt 23 nisan cocuk senligi1.jpg
trt 23 nisan cocuk senligi.jpg

  TRT 46-cı Beynəlxalq 23 Aprel Uşaq Festivalı üçün dünyanın hər yerindən Türkiyəyə gələn uşaqlar öz ölkələrinin yerli rəqslərini nümayiş etdiriblər.

  Başkent Millet Bağçasında keçirilən tədbirdə 29 ölkədən olan uşaqlar ankaralı həmyaşıdları ilə bir araya gəlib.

  Tədbir qonaq ölkələrin bayraqları, Türkiyə bayraqları və ulu öndər Qazi Mustafa Kamal Atatürkün portretini daşıyan uşaqların kortej gəzintisi ilə başladı.

  Yerli rəqsləri ilə çıxış edən uşaqlar tamaşaçıların böyük rəğbətini qazandı.

  Tədbirdə çıxış edən TRT-nin baş direktoru Mehmet Zahid Sobacı 1979-cu ildən bəri bu bayramı TRT Beynəlxalq Uşaq Festivalı adı altında onun ruhuna uyğun şəkildə qeyd etməyə çalışdıqlarını bildirərək deyib: “Bu müddət ərzində dünya uşaqları arasında sevgi, sülh və dostluğun inkişaf etdirilməsi üçün böyük səy göstərdik.

  Eyni zamanda, festivalımız Türkiyənin tanıdılmasına böyük töhfə verir, türk mədəniyyəti və qonaqpərvərliyinin dünya uşaqlarının şüurunda və qəlbində yerləşməsinə vasitəçilik edir.

  45 uşaq festivalı təşkil etmişik. Bu şənliklərimizə 45 il ərzində 125 ölkədən 30 mindən çox uşaq, böyükləri və mətbuat nümayəndələri qatılıb. Bu ilki 46-cı festivalımızın şüarı “Dünyanın uşaqları əl-ələ versin” adlanır. 29 ölkədən 500 uşaq var bu festivalda.

  Fələstindən uşaqların dəvət olunması bu il festivalı daha mənalı edib.

  Dünyanın bütün uşaqları bayram sevincini yaşamalıdır. Təəssüf ki, hazırda Fələstində vəziyyət belə deyil”.



Әlaqәli Xәbәrlәr