Türkiyə XİN: “Utanmalı olan İsrail hakimiyyətidir”

Türkiyədən İsrail nazirinə reaksiya

2130295
Türkiyə XİN: “Utanmalı olan İsrail hakimiyyətidir”

 

   Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli İsrail xarici işlər nazirinin “X” sosial media platformasında etdiyi paylaşımla bağlı bildirib: “Utanmalı olan - əksəriyyəti uşaq və qadın olmaqla 35 minə yaxın fələstinlini qətlə yetirən İsrail hakimiyyətidir.

  İsrail hökuməti üzvlərinin gündəmi dəyişmək cəhdləri nəticə verməyəcək.

  Türkiyənin prioriteti Fələstin dövləti quraraq Qəzzadakı qırğına son qoymaq və bölgədə daimi sülhün bərpa edilməsidir. Bu istiqamətdə işlərimizi davam etdirəcəyik və İsrailin törətdiyi cinayətlərlə bağlı faktları dilə gətirəcəyik”.

  Xatırladaq ki, İsrailin xarici işlər naziri Yisrael Katz “X” sosial media platformasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və “Həmas” Siyasi Bürosunun sədri İsmail Həniyənin fotosunu paylaşaraq təhqir və böhtan dolu şərhlər yazıb.



Әlaqәli Xәbәrlәr