Türkiye və Malayziya Prezidentləri arasında telefon danışığı olub

Bu barədə Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumatda  bildirilib.

2126794
Türkiye və Malayziya Prezidentləri arasında telefon danışığı olub

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Malayziyanın baş naziri Ənvər İbrahimlə telefon əlaqəsi saxlayıb.
Bu barədə Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumatda  bildirilib. 
Məlumata görə, telefon danışığı zamanı Türkiye ilə Malayziya arasındakı ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.
Prezident Ərdoğan söhbət zamanı İslam dünyasının birgə səyləri ilə İsrail və tərəfdarlarına qarşı təzyiqlərin artdığını, sülh və Fələstinə dəstək səylərinin qətiyyətlə davam etdirilməsi lazım olduğunu bildirib.
Rəcəb Tayyib Ərdoğan və Ənvər İbrahim həmçinin bir-birlərini Ramazan bayramı münasibətilə təbrik ediblər.



Әlaqәli Xәbәrlәr