Türkiye Prezidenti Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə telefon əlaqəsi saxlayıb

Prezident Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman bin Əbdüləziz Əl Səud ilə telefon əlaqəsi saxlayıb.

2126115

Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, telefon danışığı zamanı Türkiye ilə Səudiyyə Ərəbistanı arasındakı ikitərəfli əlaqələr, qlobal və regional məsələlər müzakirə edilib.
Prezident Rəcəb Tayyib Ərdoğan söhbət zamanı İsrailin Fələstinə qarşı hücumlarının tez bir zamanda dayandırılması və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının atəşkəs qərarının həyata keçirilməsi üçün İslam dünyasının daha çox səy göstərərək birlik nümayiş etdirməsinin vacibliyini vurğulayıb.
Rəcəb Tayyib Ərdoğan söhbət zamanı həmçinin vəliəhd şahzadəni Ramazan bayramı münasibətilə təbrik edib.

Әlaqәli Xәbәrlәr