Qəzzaya çatdırılan ümumi humanitar yardımın 26 faizini Türkiye göndərib

Türkiye İsrailin hücumlarına məruz qalan Qəzza zolağına ən çox humanitar yardım çatdıran ölkədir.

2126106
Qəzzaya çatdırılan ümumi humanitar yardımın 26 faizini Türkiye göndərib

Türkiye İsrailin hücumlarına məruz qalan Qəzza zolağına ən çox humanitar yardım çatdıran ölkədir.
Məlumata əsasən, Qəzzaya çatdırılan ümumi humanitar yardımın 26 faizini Türkiye göndərib. Beləliklə, Türkiye bölgəyə ən çox humanitar yardım göndərən ölkələrdən birinə çevrilib.
Məlumatda Birləşmiş Ərəb Əmirliklərin (BƏƏ) də 26 faizlik humanitar yardım nisbəti ilə birinci yerdə olduğu bildirilib. 
Bundan əlavə Qəzza zolağına göndərilən  74 təcili yardım maşınından 7-si Türkiye tərəfindən hədiyyə edilib. 
Türkiye, Misir və Birləşmiş Ərəb Əmirliklərinin koordinasiyalı səyləri nəticəsində 3204 xəstə və yaralı bölgədən təxliyə edilib.
Türkiye İsrailin hücumlara başladığı zamandan etibarən Misirlə koordinasiyalı şəkildə Qəzzaya hərtərəfli humanitar yardım çatdırmağa davam edir.



Әlaqәli Xәbәrlәr