Hakan Fidan:"İsrailə qarşı bir sıra yeni tədbirlər görməyə qərar verdik''

Xarici işlər naziri Hakan Fidan İsrailin Qəzzaya davam edən hücumları və Qəzzaya humanitar yardımlarla bağlı Xarici İşlər Nazirliyində mətbuata açıqlama verib.

2126108
Hakan Fidan:"İsrailə qarşı bir sıra yeni tədbirlər görməyə qərar verdik''

Xarici işlər naziri Hakan Fidan deyib: "İsrailə qarşı bir sıra yeni tədbirlər görməyə qərar verdik. Cənab Prezidentimizin təsdiqlədiyi bu tədbirlər gecikmədən addım-addım həyata keçiriləcək. Qəbul edilən qərarlar müvafiq qurumlarımız tərəfindən ictimaiyyətlə paylaşılacaq''. 

Xarici işlər naziri Hakan Fidan İsrailin Qəzzaya davam edən hücumları və Qəzzaya humanitar yardımlarla bağlı Xarici İşlər Nazirliyində mətbuata açıqlama verib.

Müqəddəs Ramazan ayının son günləri olduğunu və Qəzzadakı dramın 6 aydır davam etdiyini bildirən Hakan Fidan İsrail haqqında davam edən soyqırım iddiasının və bununla bağlı Beynəlxalq Ədalət Məhkəməsinin verdiyi qərarı xatırladıb. 

Hakan Fidan indiyə qədər səssiz qalan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT Təhlükəsizlik Şurasının) belə İsrailin atəşkəs elan etməsinə qərar verdiyinə diqqət çəkərək, buna baxmayaraq, Ramazan ayı boyunca İsrailin hücumlarının davam etdiyini bildirib.

Hakan Fidan sözlərinə belə davam edib: "Biz ilk gündən Qəzzada baş verənlərə reaksiya verdik. Prezidentimizin rəhbərliyi ilə ən doğru və cəsarətli mövqe nümayiş etdirərək fələstinli qardaşlarımızın yanında olduq. Beynəlxalq ictimaiyyətin və İslam ölkələrinin bu hadisənin qarşısını alması üçün səy göstərdik və bu mövzuda uğur qazandıq.  Bu gün bütün dünya İsrail hakimiyyətinin ədalət qarşısında cavab verəcəyi günü səbirsizliklə gözləyir.Tarixdə ilk dəfə hər kəs İsraili qınayır və törətdiyi cinayətləri pisləyir. Qəzzadakı qardaşlarımıza humanitar yardımın çatdırılması üçün də sıx səylər göstəririk. Dəniz və hava yolu ilə Qəzzəyə çatdırılması üçün Misirə göndərdiyimiz yardımın miqdarı 42 min tonu keçib. Bu gün Qəzzaya ən çox yardım göndərən ilk iki ölkədən biriyik. 9-cu yardım gəmimiz yoldadır."



Әlaqәli Xәbәrlәr