Türkiyə Ruandada tutsilərə qarşı soyqırımın 30-cu ildönümünü andı

Türkiyə Xarici İşlər Nazirliyi Ruandada tutsilərə qarşı törədilən soyqırımın 30-cu ildönümü ilə bağlı yazılı açıqlama verərək bildirib ...

2125682
Türkiyə Ruandada tutsilərə qarşı soyqırımın 30-cu ildönümünü andı

 

  Türkiyə Ruandada tutsilərə qarşı soyqırımın 30-cu ildönümünü anıb.

  Türkiyə Xarici İşlər Nazirliyi Ruandada tutsilərə qarşı törədilmiş soyqırımın 30-cu ildönümü ilə bağlı yazılı açıqlama verərək bildirib: “1994-cü ildə Ruandada tutsilərə qarşı törədilən soyqırımın 30-cu ildönümünü dərin hüznlə anır, həyatını itirənləri bir daha ehtiramla yad edir, dost Ruanda dövləti və xalqına başsağlığı veririk.

  Ruandanın son 30 ildə sosial sülh və milli birlik, iqtisadi və sosial inkişafın təminatı ilə bağlı əldə etdiyi nailiyyətlərini təqdir edirik. Bölgədə sülh, sabitlik və firavanlıq mühitinin daimi olmasını arzulayırıq.

  Türkiyə xarici işlər nazirinin müavini Əhməd Yıldız aprelin 7-də Kiqalidə keçiriləcək “1994-cü il tutsi soyqırımının 30-cu ildönümü”ndə iştirak edəcək. Türkiyə insanlığa qarşı hər cür cinayət, irqçilik, islamafobiya, ksenofobiya və ekstremist ideologiyaya qarşıdır”.

  Xatırladaq ki, 1994-cü ildə Ruandada hutular o zamankı prezident Juvenal Habyarimananın təyyarəsinin qəzaya uğramasına görə tutsilərin məsuliyyət daşıdıqlarını iddia edərək tutsilərə qarşı soyqırım törətdilər. Ölkədə 100 gün davam edən qırğında 800 mindən çox tutsi həyatını itirdi.



Әlaqәli Xәbәrlәr