Çanaqqalada Belarus Respublikasının Fəxri Konsulluğu açılıb

Belarus xarici işlər nazirinin müavini Yuri Ambrazeviç ölkəsinin Çanaqqala fəxri konsulluğunun açılış mərasimində iştirak edib.

2123732
Çanaqqalada Belarus Respublikasının Fəxri Konsulluğu açılıb

Çanaqqalada Belarus Respublikasının Fəxri Konsulluğu açılıb.

Belarus xarici işlər nazirinin müavini Yuri Ambrazeviç ölkəsinin Çanaqqala fəxri konsulluğunun açılış mərasimində iştirak edib.

Mərasimdəki çıxışında Ambrazeviç açılışın Belarus və Türkiye əlaqələri üçün əhəmiyyətli addım olduğunu bildirib və Çanaqqalanın türk tarixi baxımından çox əhəmiyyətli bir şəhər olduğunu vurğulayıb.

Ambrazeviç “Bu, yüksələn Türkiye Cümhuriyyətinin müstəqilliyə doğru ilk addımlarını atdığı şəhərdir” deyib.

Ambrazeviç qeyd edib ki, fəxri konsulluğun açılması ikitərəfli münasibətlərin dostluq və qarşılıqlı hörmətə əsaslandığını göstərir.

Çanaqqala valisi İlhami Aktaş da Çanaqqalanın Belarusun Novoqrudok şəhəri kimi mədəniyyət və turizm sahəsində inkişaf edən bir şəhər olduğunu bildirib.

Aktaş Belarusla əməkdaşlığın bu iki şəhər üçün çox vacib olduğuna diqqət çəkərək deyib:

"İmzalanacaq protokol Çanaqqala ilə Belarusun gözəl şəhəri Novoqrudok arasında dostluq və hörmətə əsaslanan münasibət qurmaqla yanaşı, ticarət, təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlıq etməyə imkan verəcək”. 

Belarusun Çanaqqala fəxri konsulu Rıdvan Dəmirhan da hər iki ölkə adına əlaqələrin maksimuma çatdırılması və gücləndirilməsi üçün çalışacağını bildirib.



Әlaqәli Xәbәrlәr