Autizmlilər üçün qırmızı işıqlar

Birləşmiş Millətlər Təşkilatı tərəfindən elan edilmiş 2 Aprel - Ümumdünya Autizm Maarifləndirmə Günü münasibətilə Türkiyədə xüsusi kampaniya keçiriləcək

2123332
Autizmlilər üçün qırmızı işıqlar

 

  İstanbulda tarixi binalar autizmlilər üçün qırmızı işıqla işıqlandırılacaq.

  Toxum Autizm Fondu tərəfindən verilən məlumata görə, anadangəlmə olan və adətən həyatın ilk illərində fərq edilən kompleks neyroinkişaf fərqi olaraq təyin edilən autizm 1985-ci ildə hər 2500, bu gün isə hər 36 uşaqdan birində görünür.

  Fond autizmli fərdlərin ehtiyaclarını daha yaxşı anlamaq və hər kəslə bərabər sosial qəbulu təmin etmək məqsədilə Birləşmiş Millətlər Təşkilatı tərəfindən elan edilmiş 2 Aprel - Ümumdünya Autizm Maarifləndirmə Günü münasibətilə xüsusi kampaniya keçirəcək. İctimaiyyətin diqqətini autizmə yönəltmək məqsədi daşıyan kampaniya çərçivəsində bir çox təşkilatla autizmi bilmək və anlamağa əsaslanan tədbirlər təşkil olunacaq.

  “Autizmə qırmızı işıq yandırın” etiketi altında tərəfdarları bir araya gətirəcək kampaniyada Toxum Autizm Fonduna dəstək üçün İstanbul və Türkiyənin müxtəlif şəhərlərində tarixi və simvolik binalar qırmızı işıqlarla işıqlandırılacaq. Özəl sektor binaları da qırmızı işıqlarla autizmli insanlara dəstək mesajı verəcək.



Әlaqәli Xәbәrlәr