Türkiye Qızıl Aypara Cəmiyyəti Ərbildə ehtiyacı olan ailələrə ərzaq yardımı göstərib

Türkiye Ramazan yardımları çərçivəsində İraqın Ərbil şəhərində ehtiyacı olan 300 ailəyə ərzaq yardımı edib.

2123282
Türkiye Qızıl Aypara Cəmiyyəti Ərbildə ehtiyacı olan ailələrə ərzaq yardımı göstərib

Türkiye Ramazan yardımları çərçivəsində İraqın Ərbil şəhərində ehtiyacı olan 300 ailəyə ərzaq yardımı edib.

Türkiye Qızıl Aypara Cəmiyyətinin İraq Nümayəndəliyinin sədr müavini Eray Akkaya Cəmiyyətin Ərbil şəhərciyində edilən ərzaq yardımı ilə bağlı deyib:

"Bu gün 300 ailəyə ərzaq bağlamaları payladıq. Dinindən, dilindən, irqindən asılı olmayaraq ehtiyacı olan ailələrə ərzaq bağlamaları paylamaqda davam edirik". 

Eyni şəhərcikdə yerləşən çörək sexində gündəlik 2500 çörək istehsal etdiklərini bildirən Akkaya Ərbildəki Bahirka qaçqın düşərgəsində ehtiyacı olan iraqlı ailələrə payladıqlarını qeyd edib.

Akkaya əlavə edib ki, Türkiye Qızıl Aypara Cəmiyyətinin Ərbildəki Şevkat Butik Layihəsi ilə donorlardan ehtiyacı olan ailələrə paltar da paylayıblar.

Qeyd edək ki, Türkiye Qızıl Aypara Cəmiyyəti İraqda 5 min ailəyə ərzaq yardımının Ramazan ayı boyunca davam edəcəyini açıqlayıb.



Әlaqәli Xәbәrlәr