Ərdoğan İbrahim Rəisi ilə telefonla danışıb

Prezident Rəcəb Tayyib Ərdoğan İran prezidenti İbrahim Rəisi ilə telefonla danışıb.

2122972
Ərdoğan İbrahim Rəisi ilə telefonla danışıb

Prezident Rəcəb Tayyib Ərdoğan İran prezidenti İbrahim Rəisi ilə telefonla danışıb.

Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin sosial media hesabından edilən paylaşıma görə, görüşdə Türkiye ilə İran arasında ikitərəfli əlaqələr, İsrailin Fələstin torpaqlarına hücumları və bölgədəki humanitar vəziyyət müzakirə edilib.

Prezident Ərdoğan görüş zamanı Qəzzada Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının atəşkəs qərarının yaxın zamanda həyata keçirilməsi üçün səylərin artırılmasının vacib olduğunu və bu prosesdə əl-Fəth və "Həmas"ın birlik içində hərəkət etməsinin vacibliyini vurğulayıb.

Ərdoğan İsrailin gərginliyi bölgəyə yaymaq cəhdlərinin qarşısını almaq üçün birgə çalışmağın zəruri olduğunu da dilə gətirib.



Әlaqәli Xәbәrlәr