Türkiyedə sabah bələdiyyə seçkiləri keçiriləcək

Türkiyedə bələdiyyə başçılarının seçilməsi üçün martın 31-də (bazar günü) seçki keçiriləcək.

2122333
Türkiyedə sabah bələdiyyə seçkiləri keçiriləcək

Türkiyedə bələdiyyə başçılarının seçilməsi üçün martın 31-də (bazar günü) seçki keçiriləcək.

61 milyon 441 mindən çox seçicinin səs verəcəyi seçkilərdə müstəqil namizədlərlə yanaşı, 34 siyasi partiyanın namizədləri də mübarizə aparacaq.
Seçicilər 30 böyük şəhər bələdiyyəsi, 51 vilayət bələdiyyəsi, 973 rayon, 390 qəsəbə və 50 min 336 kənd və məhəllə rəhbəri ilə yanaşı vilayət məclisi üzvləri ilə bələdiyyə məclisi üzvlərini seçmək üçün səs verəcək.
Ali Seçki Şurası mövsümi hava şəraitini nəzərə alaraq 32 şərq əyalətində səsvermə prosesini bir saat irəli çəkib.
Bu çərçivədə 32 vilayətdə səsvermə Türkiye vaxtı ilə saat 07.00-da başlayacaq və 16.00-da sona çatacaq.

Bu vilayətlər xaricindəki digər yerlərdə səsvermə yerli vaxtla saat  08.00-da başlayacaq və 17.00-da sona çatacaq.



Әlaqәli Xәbәrlәr