Türkiyə-Liviya uçuşları başladı

Türkiyə Hava Yolları (THY) təhlükəsizlik vəziyyəti ilə əlaqədar 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

2121840
Türkiyə-Liviya uçuşları başladı

 

  Türkiyə Hava Yolları (THY) təhlükəsizlik vəziyyəti ilə əlaqədar 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib.

  Liviyanın “Əl-Vasat” informasiya portalının məlumatına görə, aviaşirkətin ilk təyyarəsi Tripolinin Mitiqa beynəlxalq hava limanına enib. Liviya Milli Birlik Hökumətinin nəqliyyat naziri Məhəmməd əl-Şahubi bu münasibətlə keçirilən mərasimdə çıxış edərək Türkiyə Hava Yollarının uçuşlarının bərpasının digər beynəlxalq hava yolları üçün ümidverici addım olduğunu bildirib.

  Türkiyə aviasiya şirkəti Liviyanın digər şəhərlərinə - Misurat və Benqaziyə də uçuşları bərpa etmək niyyətindədir.

  Qeyd edək ki, 2024-cü ilin yanvar ayında Liviya beynəlxalq auditin nəticələrinə əsasən, Avropa ölkələrindən uçuşlar qəbul etməyə hazır olduğunu açıqlamışdı. İtaliya 2023-cü ilin sentyabrında Liviya təyyarələrinin son 10 il ərzində mövcud olan uçuşlarına qoyulan qadağanı ləğv etmişdi.



Әlaqәli Xәbәrlәr