THY 10 ildən sonra Liviya uçuşlarına başlayır
Liviyanın baş naziri Əbdülhəmid Dibeybe sosial media hesabından açıqlama verərək bildirib ...
Türkiyə Hava Yolları (THY) 10 ildən sonra gələn həftədən Liviyaya uçuşlara başlayır.
Liviyanın baş naziri Əbdülhəmid Dibeybe sosial media hesabından açıqlama verərək bildirib: “Əlhəmdülillah, təxminən 10 illik fasilədən sonra THY martın son həftəsindən etibarən Liviyaya uçuşlarına yenidən başlayır.
THY-nin Liviyaya uçuşlara başlaması ölkədə sabitliyin bərqərar olmasıdır. Bu addıma töhfə verən Liviya Mülki Aviasiya İdarəsi və əlaqədar qurumlara təşəkkür edirəm”.
THY-nin baş direktoru Bilal Ekşi da sosial media hesabından açıqlama verərək bildirib: "Liviyaya uçuşlarımız başlayır. Həftədə 3 uçuş həyata keçirəcəyik. Biletlər artıq satışdadır".
Әlaqәli Xәbәrlәr
Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyədə səfərdədir
Əli Əsədov Türkiyəyə səfəri çərçivəsində ilk olaraq vitse-prezident Cevdet Yılmazla görüşüb.