Türkiye Silahlı Qüvvələri bir təhlükəli terrorçunu da zərərsizləşdirib

İraqın şimalındakı Qəndil bölgəsində separatçı terror təşkilatı PKK-nın  4 üzvü zərərsizləşdirilib.

2118820
Türkiye Silahlı Qüvvələri bir təhlükəli terrorçunu da zərərsizləşdirib

İraqın şimalındakı Qəndil bölgəsində separatçı terror təşkilatı PKK-nın  4 üzvü zərərsizləşdirilib.
Milli Müdafiə Nazirliyindən verilən açıqlamada terrorun mənbəyində məhv edilməsi istiqamətində əməliyyatların fasiləsiz davam etdiyi bildirilib.
"İraqın şimalındakı Qəndil bölgəsində aşkarlanan 4 PKK terrorçusu Hərbi Hava Qüvvələrimiz tərəfindən zərərsizləşdirilib. Əməliyyatlarımız qətiyyətlə davam edəcək'',-açıqlamada vurğulanıb.
Milli Kəşfiyyat Təşkilatı Qamışlıda həyata keçirdiyi əməliyyatda terror təşkilatı PKK/YPG-nin rəhbərlərindən biri olan ''Seyro Kod'' ləqəbli Halil Tekini zərərsizləşdirib.
Bildirilib ki, 2007-ci ildə separatçı terror təşkilatı PKK/YPG-nin sıralarına qoşularaq Suriya və İraqda terror fəaliyyətləri ilə məşğul olan Tekinin  özü kimi terror təşkilatına üzv olan atası İbrahim Tekin də 1992-ci ildə Türkiye Silahlı Qüvvələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində zərərsizləşdirilmişdi.



Әlaqәli Xәbәrlәr