TİKA Qüds, Bosniya və Herseqovina və Moldovada ərzaq bağlamaları paylayıb

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Ramazan proqramları çərçivəsində Qüds, Bosniya və Herseqovina və Moldovada ərzaq bağlamaları paylayıb.

2118673
TİKA Qüds, Bosniya və Herseqovina və Moldovada ərzaq bağlamaları paylayıb

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Ramazan proqramları çərçivəsində Qüds, Bosniya və Herseqovina və Moldovada ərzaq bağlamaları paylayıb.
TİKA-nın verdiyi yazılı açıqlamada qurumun Ramazan proqramları çərçivəsində gördüyü işlər barədə məlumat verilib.

Açıqlamaya görə, TİKA Bosniya və Herseqovinanın Trebinye şəhərində bütün etnik qrupların iştirakı ilə qida paketləri paylayıb və iftar proqramı təşkil edib.

TİKA və Fələstin Sosial İnkişaf Nazirliyi Qüds Vilayət Müdirliyi ilə əməkdaşlıq çərçivəsində Qüds və ətrafında yaşayan ehtiyacı olan 500 fələstinli ailəyə Ramazan ayı münasibəti ilə ilkin ehtiyaclardan ibarət ərzaq bağlamaları paylanıb.

Biddo və Abu Diis bölgələrindəki mərkəzlərdə yağ, tomat pastası, düyü, şəkər, un, lobya, mərcimək, əriştə və mürəbbə kimi qida məhsullarından ibarət təxminən 10 ton ərzaq paketi paylanıb.

TİKA həmçinin təxminən 40 min əhalisi olan və yarı köçəri həyat tərzi sürən bədəvi icmasına mənsub ehtiyacı olan 250 ailəyə 5 ton ərzaq paketi dəstəyi verib.

Moldovanın paytaxtı Kişinyovda TİKA tərəfindən hazırlanan qida paketi paylanması ölkə daxilində cəmi 4 min ailəyə çatdırılacaq.

Ramazan ayı ərzində xüsusilə Moldovanın cənubunda yerləşən Qaqauz Muxtar Bölgəsi və Moldovanın ikinci böyük şəhəri Belts bölgəsində ehtiyacı olan daha 2500 ailəyə ərzaq bağlamaları paylanacaq.



Әlaqәli Xәbәrlәr